Hicri: 07 Səfər 1435
İlin 345-ci günü
İlin sonuna 20 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.36
Günəş - 07.52
Zöhr - 12.37
Əsr - 15.18
Məğrib - 17.30
İşa - 18.51
1901 ”” Birləşmiş Krallıqda tarixdə ilk dəfə olaraq stolüstü tennis turniri keçirilib
1913 ”” aktyor Jan Mare dünyaya gəlib.
1918 ”” Azərbaycanın xalq yazıçısı Bayram Bayramov anadan olub.
1918 ”” Sovet yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Aleksandr Soljenitsın anadan olub.
1922 ”” Dağlıq Qarabağ vilayət partiya komitəsinin tərkibi təsdiq edilib
1941 ”” ABŞ Almaniya və İtaliyaya qarşı müharibə elan edib
1946 ”” UNİSEF təşkil edilib
1949 ”” BMT Fələstin mühacirlərinin doğma torpaqlarına qayıtmaq hüququnu tanıdı
1967 ”” İlk səsdən iti mülki layner “Concorde”un təqdimatı keçirilib
1970 ”” aktrisa və model Viktoriya Faller dünyaya gəlib.
1988 ”” Ermənistandakı zəlzələ (7 dekabr) zonasına Azərbaycanlı xilasedicilərin ikinci dəstəsini aparan İl 76 təyyarəsi Leninakan yaxınlığında müəmmalı şəkildə qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olanlar hamısı (78 nəfər) həlak olub.
1991 ”” Azərbaycan Respublikasının müstəqilliyi Rumıniya tərəfindən tanınmışdır.
1994 ”” Rus qoşunu Çeçenistana soxulub. Birinci Çeçenistan Müharibəsi başlayıb
1997 ”” Atmosferə buraxılan qazların miqdarının azaldılmasına dair Kyoto protokolu imzalanıb
2001 ”” Çin rəsmən Ümumdünya Ticarət Təşkilatına üzv olub
2003 ”” Azərbaycan prezidenti ilk dəfə Ermənistan prezidenti Robert Köçəryanla Cenevrədə görüşüb. Görüşdə dövlət başçıları ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməyi qərara alıblar.
Bu gün Uşaqların Beynəlxalq televiziya və radio verlişləri günüdür.
Bu gün Beynəlxalq “Dağ” günüdür.



































































































