Hicri: 04 Zülhəccə 1434
İlin 283-cı günü
İlin sonuna 82 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.37
Günəş - 07.46
Zöhr - 13.32
Əsr - 17.07
Məğrib ”“ 19.24
İşa ”“ 20.40
680 - 2-ci imam İmam Hüseyn şəhid olub.
1470 - Osmanlı imperatoru Yavuz Sultan Səlim dünyaya gəlib. (ö. 1520).
1503 - Moskvadakı monastırların birində gələcəkdə rusların simvoluna çevriləcək "vodka"nın resepti hazırlanmışdır.
1731 - ingilis fiziki Henri Kavendiş anadan olub. (ö.1810).
1789 - Fransız həkim Qilyotin öz bədnam ölüm maşınınının maketinin dövlətə təqdim etmişdir.
1812 - Birinci Rusiya-İran müharibəsinin (1804-1813) yekununa əhəmiyyətli təsir edən Aslandüz döyüşü baş verib. Rusiya qoşunları döyüşdə qalib gəliblər. Bu döyüşdən sonra ruslar Talış xanlığı ərazisinin böyük hissəsini ələ keçiriblər. Həmin ilin dekabrında Rusiya qoşunları Talış xanlığının işğalını başa çatdırdılar və Şimali Azərbaycan faktiki olaraq (Naxçıvan və İrəvandan savayı) rusların nəzarətinə keçdi.
1813 - italyan bəstəkar Cüzeppe Verdi anadan olub. (ö. 1901).
1913 - fransız yazıçı Klod Simon anadan olub.
1913 - Panama kanalı açılmışdır.
1918 - Azərbaycan Demokratik Respublikasında Bakı şəhər İdarəsinin tərkibində Bakı Yanğın Komandası təsis edilmişdir.
1918 - Atlanta və ABŞ Sovet Rusiyasına qarşı iqtisadi blokada tətbiq etmişlər.
1921 - İlk İraq-Britaniya sazişi imzalanmışdır.
1930 - ingilis dramaturq Harold Pinter anadan olub.
1933 - ABŞ-da ilk dəfə yuyucu toz satışa çıxarılmışdır.
1935 - azərbaycanlı şair Şəkər Aslan anadan olub.
1936 - müğənni Nana Mouskouri anadan olub.
1939 - Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aidə İmamquliyeva (1939-1992) anadan olmuşdur.
1963 - Yerin təkində, suda və havada nüvə sınaqlarının qadağan edilməsinə dair müqavilə imzalanmışdır.
1963 ”“ türkiyəli tele-aparıcı və aktrisa Hülya Avşar anadan olub.
1963 - fransız müğənni Edit Piaf vəfat edib.
1967 - Kosmik fəzadan istifadə haqqında saziş imzalanmışdır.
1970 - fransız siyasətçisi Eduard Deladye vəfat edib.
1993 - Andreas Papandreu 74 yaşında Yunanıstanın baş naziri seçilmişdir.
1993 - Azərbaycan prezidenti Heydər Əliyevin təntənəli andiçmə mərasimi keçirilib. Oktyabrın 3-də keçirilmiş seçkilərdə seçicilərin mütləq əksəriyyəti (98,8) Heydər Əliyevə səs vermişdi. "Respublika" sarayında (indiki Heydər Əliyev Sarayı) keçirilən mərasimdə ölkə ictimaiyyətinin, siyasi partiyaların nümayəndələri, Bakıda akkreditə olunmuş xarici diplomatlar iştirak ediblər.
1994 - Azərbaycanla Küveyt dövləti arasında diplomatik münasibətlər qurulub.
1997 - Strasburqda Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Levon Ter-Petrosyan arasında görüş keçirilib. Görüşdən sonra prezidentlər birgə bəyanatla çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT Minsk qrupu həmsədrlərinin hazırladıqları "mərhələli həll" planını qəbulu etdiklərini bildiriblər. Bundan dərhal sonra Ermənistanda Ter-Petrosyan əleyhinə çıxışlar başladı və o, 1998-ci ilin əvvəlində istefa verməyə məcbur oldu.
1997 - Meksikada Paulina qasırğası 200 nəfərin həyatına son qoymuşdir.
1997 - Dario Fo Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
1998 - Heydər Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
2002 - İmre Kertes Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
2003 - Hüquq müdafiəçisi, Güney Azərbaycandan olan Şirin İbadi Nobel mükafatı almışdır.
2007 - GÜAM çərçivəsində Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukrayna prezidentləri Strasburqda Birgə Bəyannamə imzalamışlar.
2009 - İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair protokollar - "Diplomatik münasibətlərin təsis olunması protokolu" və "İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu" imzalanmışdır.































































































