Qazlı su hansı xəstəlikləri yarada bilər? VİDEO

Hazırda oxunan: Qazlı su hansı xəstəlikləri yarada bilər? VİDEO

33917

İsti havalarda susuzluğu yatırtmaq üçün insanlar müxtəlif sərinləşdirici içkilərdən istifadə edirlər. Ən çox tələb olunan bu içkilərdən isə qazlı sular siyahıya başçılıq edir. Deyilənlərə görə, alıcılar mağazalarda qazlı və ya qazsız su seçimi edərkən, əksər vaxtlarda qazlı sulara üstünlük verirlər. 

Bir çox insanlar qazlı suların daha dadlı ,daha xoşa gəlimli və rəngli çalarlara malik olması səbəbindən üstünlük verdiyini deyir. Amma bir faktı nəzərinizə çatdırım, tərkibinə müxtəlif kimyəvi maddələr əlavə olunmaqla saxtalaşdırılmaya elə məhz qazlı sular daha çox məruz qalır. 

Bəs görəsən hamının ləzzətlə susuzluğunu yatırdığı qazlı suların tərkibində nələr var? Belə ki, adi və ya təbii su, saturasiya üsulu ilə, yəni, süni karbon qazı daxil etməklə doyuzdurularaq, istənilən göstəriciyə gətirib çıxarılır. Nəzərə alsaq ki, hər bir suyun tərkibinin öz codluq göstəricisi var, suyun öz keyfiyyətini itirməməsi üçün doyuzdurulma prosesi bu göstəriciyə uyğun olaraq aparılmalıdır.

Həkimlər isə, insanları qazlı içkilərdən istifadə edərkən ehtiyatlı olmağa çağırır. Çünki həyat mənbəyi olan suyun istifadəsi və tərkibindəki kimyəvi əlavələr bir sıra xəstəliklərin dərinləşməsinə yol aça bilər. 
Həmçinin həkimlər qazlı sudan müntəzəm istifadə edənlərin, piylənmə xəstəliklərinin riskini artırdığını deyirlər.

Moderator.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin