Ay üçün böyük təhlükə yaranıb

Hazırda oxunan: Ay üçün böyük təhlükə yaranıb

33477
NASA mütəxəssislərinin fikrincə, Ayın atmosferi çox həssasdır və gələcəkdə digər ölkələrin və ya özəl şirkətlərin Aya missiyalar göndərməsi atmosferi zədələyə bilər. 

"LEYDİ" layihəsi üçün NASA tərəfindən 280 milyon dollara yaxın vəsait xərclənib. Aparatın Aya tam bir ay ərzində çatacağı gözlənilir. "LEYDİ" orada saatda 150 kilometrədək sürətlə hərəkət edərək növbəti aylar ərzində toz qatı və atmosfer barədə lazımi məlumatları NASA laboratoriyalarına ötürəcək. Bunun üçün aparat lazer kommunikasiya texnologiyaları ilə təchiz olunub.

NASA əməliyyat direktoru, Cim Qrin: “"LEYDİ" ənənəvi radiovasitələr əvəzinə yerlə yüksək bağlantı yarada biləcək lazer texnologiyaları ilə təchiz edilib. Bu, bizə infraqırmızı şüaların yüksək sürətlə hərəkəti vasitəsi ilə bir saniyə ərzində 620 meqabayt həcmində məlumatı Aydan Yerdəki laboratoriyalara ötürmək imkanı verəcək”. 

"LEYDİ" missiyası altı ay davam edəcək. Raket buraxılışı ənənəvi olaraq Kanaveral kosmodromunda gözlənilsə də, raketin daha uzaq məsafələrdə görünəcəyi səbəbi ilə raket buraxılışı Virciniy kosmodromuna keçirilib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin