Nokia satıldı

Hazırda oxunan: Nokia satıldı

33124
Mobil telefon bazarının ən güclü adlarından olan və rəqibləri ilə mübarizədə çətinlik çəkən "Nokia" satılıb. Moderator.az-ın "CNNTürk"ə istinadla verdiyi məlumata görə, şirkətə 5,44 milyard avro (7,2 milyard dollar) müqabilində "Microsoft" sahib olub. Texnologiya nəhəngi hesab edilən "Microsoft"un finlandiyalı mobil telefon istehsalçısını satın aldığını adıçəkilən iki şirkət ötən gün elan edib. 
Satışın 2014-cü ildə tamamlanacağı və 32.000 "Nokia" əməkdaşının "Microsoft"a transfer edilecəyi qeyd edilir. 

Qeyd edək ki, mobil telefon istehsalında bir dönəm lider olan "Nokia" son zamanlar ağıllı telefon istehsalını artıran "Apple" və "Samsung"la raqəbət aparmaqda çətinlik çəkməyə başlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin