Dünyanın dağılacağı gün bəlli oldu: - Britaniyalı alimlərdən şok açıqlama

Hazırda oxunan: Dünyanın dağılacağı gün bəlli oldu: - Britaniyalı alimlərdən şok açıqlama

30277
Bitanyalı alimlər gələcəklə bağlı açıqlama yayıb. Belə ki, onlar Yer kürəsində həyatın nə zaman sona çatacağı vaxtı dəqiqləşdiriblər.

Moderator.az-ın Rusiya KİV-ə istinadən verdiyi xəbər ki, britaniyalı alimlər milyard il sonra Yer üzərində bütün bitki örtüyü və iri canlıların yoxa çıxacağını bildirib. Alimlərin fikrincə, 2,8 milyard il sonra Yer üzündə heç bir həyat əlaməti olmayacaq.

Onlar hesab edir ki, insanlığın, həyatın məhv olması kosmosun qanunudur. Çünki qocalmaqda olan Günəş getdikcə o qədər qaynar və parlaq olacaq ki, yer üzündə ekstremal şərait yaranacaq.

Həyatın gərdişinə görə, milyard ildən sonra atmosferdə karbon qazı o qədər azalacaq ki, fotosintez prosesi tamamən itəcək, biosferin yaranması mümkünsüz olacaq. O zamana qədər canlı aləmin əsas hissəsi olan bitkilər məhv olacaq.

Belə bir radikal mühitdə yalnız xüsusi bakteriya və mikroorqanizmlər mövcud ola biləcək ki, onlar da ekstremofil adlanır. Onlar hazırda da təbiətdə var və planetin yeganə canlı varlığı kimi kosmik epoxaya çata biləcək.

Alimlər bu sınaqları kompüter modelləşdirmə metodu ilə aparıblar. Nəticələri isə bu günlərdə Şotlandiyada keçirilən Milli Astronomik Qurultayda açıqlayıblar.

Alimlər bildirib ki, onlar bu sınaqları insanları qorxutmaq üçün deyil, sadəcə onların yaşamaq qaydalarını aydınlaşdırmaq niyyətiylə aparıblar. Onların fikrincə, həmin müddətə qədər Yer kürəsi kimi başqa potensial planetlər tapılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin