Sevginin qadın bədənini dəyişdirdiyi ortaya çıxdı - MARAQLI ARAŞDIRMA

Hazırda oxunan: Sevginin qadın bədənini dəyişdirdiyi ortaya çıxdı - MARAQLI ARAŞDIRMA

264319
Kaliforniya universitetindəki araşdırmaçılar tərəfindən həyata keçirilən yeni bir çalışmaya görə, aşiq olmaq qadın bədənində genetik dəyişikliklər yaradır.

Moderator.az xəbər verir ki, sevginin genlər üzərindəki təsirini ortaya çıxaran bu araşdırma iki illik bir çalışmanın nəticəsidir. Bu müddətdə yeni münasibətdə olan 47 gənc qadından qan örnəkləri götürülüb.

Aşiq olan qadınlardakı genetik dəyişikliyi araşdıran mütəxəssislər qadınların sadəcə psixoloji cəhətdən dəyil, fiziki olaraq da təsirləndiyini kəşf ediblər. Elm adamları düşüncə yolu ilə qadınların bu müddətdə viruslarla mübarizə aparan bir protein olan " interferon" ifraz etdiklərinin şahidi olublar. Mütəxəsislər bunun qadınların bədənlərini hamiləliyə hazırladığını bildiriblər.

Bir qadının sevgi münasibəti boyunca "interferon" səviyyələrinin necə dəyişdiyini araşdıran elm adamları münasibətlərin bitdiyi zaman proteində bir azalma olduğunu müşahidə ediblər.

Araşdırma qrupu aşiq olmağın insan həyatındakı psixoloji cəhətdən ən güclü təcrübələrdən biri olduğunu bildiriblər. Elm adamları indi də kişilərin sevgidən necə təsirləndiyini kəşf etməyi və bir kişinin romantikaya genetik reaksiyasının qadınlardan necə fərqləndiyini ortaya çıxarmağı planlaşdırır.
Kamran
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin