Ən təhlükəli smartfonlar açıqlandı

Hazırda oxunan: Ən təhlükəli smartfonlar açıqlandı

258177
Almaniyanın Radiasiyadan Qorunma üzrə Federal Xidmətinin mütəxəssisləri onlarla mobil cihazda şüalanma ilə bağlı göstəriciləri araşdırıb və şüalanma səviyyəsi icazə verilən normadan azı iki dəfə çox olan smartfonları müəyyən edib.

Bu haqda “Gizmo China” məlumat yayıb.

Siyahıya birinci yerdə 2017-ci ildə buraxılmış büdcə (münasib qiymətə satılan – red.) smartfonuxa0 xa0“Xiamomixa0 Mİ A1” göstərilib.xa0

Bu modeldən olan smartfondan şüalanma səviyyəsi 1,75 vt/kq təşkil edir.xa0

İkinci yerdə “OnePlus 5T” smartfonu gəlir. Bu telefonda isə şüalanma göstəricisi 1,68 vt/kq təşkil edir. İlk üçlüyü “Xiamoni Mi Max 3” tamamlayır (1,58 vt/kq)

Bundan başqa siyahıdaxa0 “OnePlus 6T”, “HTC U12 Life”, “Xiaomi Mi Mix 3”, “Google Pixel 3 XL”, “OnePlus 5”, “iPhone 6”, “Sony Xperia XZ2 Compact”, “HTC Desire 12/12+”, “Google Pixel 3”, “OnePlus 6”, “iPhone 8”, “Xiaomi Redmi Note 5” və “ZTE AXON 7 mini” smartfonları da yer alır.

Almaniyada normal şüalanmaxa0 səviyyəsi 0,6 vt/kq hesab olunur.xa0

Yuxarıda sadalanan smartfonların demək olar hamısıxa0 bu göstəricini azı iki dəfə üstələyir.xa0 Onların sağlamlığa zərər vura biləcəyi istisna edilmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin