Yemək üçün cəsarət tələb edən kirpi balığı.xa0
Moderator.az xəbər verir ki, bu balıqlar balıqçıların tilovuna düşəndə ondan imtina edilir. Adətən şar balığı, “blow fish” (qaşındıran balıq), “Swill fish” (qabaran balıq), puffer fish (kirpi balığı), “globe fish” (kürə balığı) olaraq da tanınır. Bu balıqlar dörd dişli olurlar və zəhərli balıq növünə aiddirlər.xa0
Əsasən Hindistan, Yaponiya, Çin, Filipin, Meksika və Tailanda bu balıq növünə rast gəlmək olur. Yaponiyada balığı yemək üçün çox adam ürək etmir, amma qiyməti də bahalıdır. Balığın bir kloqramı 200 dollar civarında satılır. Balıqları özəl olaraq ancaq sertifikatı olan baş aşbazlar hazırlayaraq müştərilərə təqdim edir. Amma bütün bunlara baxmayaraq il ərzində bu balığı yeyən 200-dən çox adamın zəhərlənməsinə rast gəlinir və çoxu da ölümlə nəticələnir.xa0
Vasif Əlihüseyn































































































