Dünyanın ən yaxşı universitetləri - REYTİNQ

Hazırda oxunan: Dünyanın ən yaxşı universitetləri - REYTİNQ

255334
“US News” nəşri dünyanın ən yaxşı universitetlərinin reytinqini hazırlayıb.
Dünyanın 60-da çox ölkəsinin ali təhsil ocaqlarının daxil edildiyi reytinq cədvəlinə 100 balla ABŞ-ın Harvard Universiteti başçılıq edir.

Ardınca siyahıda 97,6 balla Massaçusets Texnologiya İnstitutu gəlir. İlk üçlüyü 93,8 balla daha bir ABŞ ali təhsil ocağı – Stenford Universiteti tamamlayır.xa0

İngiltərənin dünya şöhrətli Oksford Universiteti 87,6 balla beşinci, Kembric Universiteti isə (85,8 balla) yeddinci yerdə qərarlaşıb.

Reytinq cədvəli hazırlanarkən 13 meyar, o cümlədən, təhsil ocaqlarının akademik nailiyyətləri və onların qlobal və ya regional nüfuzu nəzərə alınıb.

Siyahıda ümumilikdə 1250 universitet yer alır. Türkiyədən siyahıya (ümumilikdə 27) Boğaziçi Universiteti (234-cü), İstanbul Texniki Universitetixa0 (367-ci), Ankara Universiteti (597-ci), İstanbul Universiteti (663-cü) və digər nüfuzlu ali təhsil ocaqları daxil edilib.xa0

Şimal qonşumuz Rusiyanın isə 14 universiteti reytinqdə yer alır. Ən yüksək göstəricisi olan M.V.Lomonosov adına Moskva Dövlət Universiteti 275-ci pillədə göstərilib.

Gürcüstandan siyahıya İvan Cavakaşvili adına Tbilisi Dövlət Universiteti düşüb (48,7 bal, 435-ci yer).(Oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin