Hitlerin Almaniyada siqareti qadağan etməsinin səbəbləri.xa0
Moderator.az xəbər verir ki, 1930-1940-cı illərdə Almaniyada siqaret çəkmək qadağan edilərkən, onun reklamı da aradan qaldırıldı. Bununla bağlı 15 min insanın iştirak etdiyi bir tədbir də təşkil olundu.xa0 Hitlerin ən böyük istəyi tütünü yer üzündən silmək olub. O dövrdə alman həkimləri tərəfindən aparılan araşdırmalar nəticəsində siqaretin ağ ciyər xərçəngi yaratdığı aşkar edildiyi üçün bu qadağanın qoyulması lazım bilinib.xa0
xa0Əsgərlərə və mülki şəxslərə küçələrdə siqaret çəkmək qadağan edildi. Zərərli olduğu üçün qadınlara da siqaret satılmasında problemlər oldu. Sürücülər sükan arxasında siqaret çəkərkən cərimələndilər. Bir sözlə, Hitler hər yerdə siqareti qadağan etməyə çalışdı.xa0
İkinci Dünya Müharibəsinin sonunda isə Almaniyaya qaçaqmalçılıq yolu ilə 400 milyon amerikan siqareti gətirilib.xa0
Vasif Əlihüseyn































































































