Son zamanlar qadınlarımıza qarşı kişilərin zorakılıq göstərməsi ilə bağlı hadisələrə tez-tez rast gəlirik. Məsələninxa0 aktuallığını nəzərə alaraq hər iki cinsin nümayəndələri ilə bağlı bir neçə araşdırma yazını təqdim edəcəyik.xa0
Moderator.az qadınlarla bağlı ilk yazını təqdim edir.xa0
1. Qadın kişinin davranışını yaxşılaşdırmaq və ya ona istənilməmiş məsləhətlə kömək etmək istəyir. Qadın daha ona inanmadığı üçün kişi özünü sevilməyən hiss edir.xa0
2. Qadın özünün həyəcanı və mənfi hislərini bölüşməklə kişinin davranışını dəyişmək və ya idarə etməyə çalışır. (Arxasında kişini idarə etmək və ya cəzalandırmaq məqsədi durmayıbsa, hərdən dəyinməkdə heç bir qəbahət yoxdur). Qadın onu olduğu kimi qəbul etmədiyi üçün kişi özünü sevilməyən hiss edir.xa0
3. Qadın kişinin onun üçün etdiklərini hesaba almır, yalnız onunu etmədiyi və ya etməmiş olduqlarını şikayət edir. Qdın onun etdiklərinə qiymət vermədiyindən kişi özünü sevilməyən hiss edir.xa0
4. Qadın kişinin davranışını, körpə uşaqla etdiyi kimi təshih edir və ya ona necə hərəkət etməli olduğunu göstərir. Qadın ona valeh olmadığı üçün kişi özünü sevilməyən hiss edir.
5. Qadın öz məzəmmətini birbaşa deyil, “Sənin necə dilin (əlin) gəlir?” kimi ritorik suallarla bildirir. Qadın nə vaxtsa ona dediyi bütün təhqiredici sözləri geri götürdüyü üçün kişi özünü sevilməyən hiss edir. O, daha özünü əla oğlan hiss etmir.xa0
6. Kişi qərar qəbul edəndə və ya təşəbbüs göstərəndə qadın ona düzəliş verir və ya onu tənqid edir. Qadın onu nəyi isə müstəqil etməyə həvəsləndirmədiyi üçün kişi özünü sevilməyən hiss edir.xa0
Kişilərin birinci növbəli ehtiyaclarını bilməyən qadınlar yanlışlığa yol verdiyi kimi, kişilər özləri də səhv buraxırlar. Onlar adətən qadınlarla ünsiyyətə girmək tərzlərinin hörmətdən və kömək etmək istəyindən uzaq olduğunu etiraf etmirlər. Kişi tərəfdaşının onunla xoşbəxt olmadığını anlaya, lakin, qadının özünü niyə sevilməyən hiss etdiyini başa düşmədiyindən, vəziyyəti dəyişməyi bacarmaya bilər. Qadının əsas tələbatını başa düşən kişi daha həssas ola və bu ehtiyaclara daha böyük hörmətlə yanaşa bilər.xa0xa0
Mənbə: Con Qreyin “Kişilər Marsdan, qadınlar Veneradandır” kitabı.xa0
Vasif Əlihüseyn































































































