u200bYeni İli dünyanın hansı şəhərində qarşılamaq daha sərfəlidir? - Gözqamaşdıran qiymətlər...

Hazırda oxunan: u200bYeni İli dünyanın hansı şəhərində qarşılamaq daha sərfəlidir? - Gözqamaşdıran qiymətlər...

249757

Hər il olduğu kimi bu il də Yeni İl bayramında xaricə səfər etmək istəyənlər olacaq. Bəs Yeni İli harada daha sərfəli qiymətə qeyd etmək olar?xa0

"OnTravel" turizm şirkətinin verdiyi maraqlı cavabları təqdim edirik:

Bakurianidə Yeni İl

Adı çəkilən şirkətdən verilən məlumata görə, Yeni İl bayramını qeyd etmək üçünxa0ən ucuzistiqamətlərdən biri də Gürcüstanınxa0Bakurianixa0dağ-xizək istirahət bölgəsidir. Belə ki, bura bir nəfərin avtobusla səfəri , oteldə qonaqlamaqla,qala gecəsi və səhər yeməyi150 dollara başa gələcək.


Dubayda Yeni İl

Əgər qışın oğlan çağında yay havasını yaşayaraqxa0Yeni İl Bayramıxa0qeyd etmək istəyirsizsə o zaman Birləşmiş Ərəb Əmirliyininxa0Dubayxa0şəhərini seçə bilərsiz. Bu istiqamətdə bir nəfərin səyahəti 500 dollaradır. Bu məbləğə aviabilet, 5 gün 31.12-03.01 tarixlərində 3 ulduzlu oteldə qonaqlama, səhər yeməyi, qala gecəsi daxildir.


İstanbulda Yeni İl

Azərbaycanlı turistlərin ən çox sevdiyi yerlərdən biri də Türkiyədir. Bəs bəziləri üçün romantik, bəziləri üçün füsünkar tarixi şəhər, bəziləri üçün isə sadəcə dogma dildə danışılan şəhər olanxa0İstanbulda Yeni İl bayramını neçəyə qeyd etmək olar!?

OnTraveldən verilən məlumata görə, bu şəhərə 1 nəfərin səfəri 390 dollara başa gələcək. Bu qiymətə aviabilet, 6 gün 28.12-02.01 tarixlərində oteldə qonaqlama, qala gecəsi və səhər yeməkləri daxildir.


Moskvada Yeni İl

Yerli turistlərimizin Yeni İldə, heç də İstanbuldan az maraq göstərmədiyi şəhərlərdən biri də Rusiya paytaxtıxa0Moskvadır. Burada bir nəfər azərbaycanlının Yeni İl qeyd etməsi 450 dollardan başlaya bilər. Bu qiymətə 4 gün 30.12-02.01 tarixlərində oteldə qonaqlama, qala gecəsi, səhər yeməyi daxildir.


Sankt-Peterburqda Yeni İl

Rusiyanın paytaxtından fərqli olaraqxa0Sankt-Peterburqxa0şəhərində bir nəfərin 5 gün 30-u tarixindən başlamaqla 4 ulduzlu oteldə qonaqlaması , qala gecəsi, səhər yeməkləri və gediş-dönüş aviabiletləri 500 dollara başa gələcək.

Avropa şəhərlərinə səfərlər isə aşağıdakı qiymətlərədir:

Fransa, Parisxa0– 1100 dollar

Böyük Britaniya, Londonxa0– 1300 dollar

Luxury – Dəbdəbəli sayılan istiqamətlər üzrə Yeni İldə səfərlərin qiyməti isə belədir:

Malayziya – 1600 dollar 8 gün 30.12-06.01

Maldiv – 1450 dollar 8 gün 27.12-03.01

Dominikan – 2000 dollar 8 gün27.12-03.01

Laplandiya – 1300 dollar 5 gün 30.12-02.01

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin