Fiziki fəaliyyət stressi aradan qaldıran təbii vasitədir. Stressin səbəb olduğu əsas problemlərdən biri də diqqətin yayğınlığıxa0 nədəsə fokuslanmaqda çətinlik çəkməkdir. Həmçinin, stress yuxu pozuntularına da səbəb olur ki, bundanxa0 dolayıxa0 gün ərzində insanxa0 daha tez yorulur.xa0
Bəzən, stress üzündən insan təmkin, dözüm imkanlarını itirir ki, bu da onda sonradan ruhi düşkünlük yaradır.xa0xa0
Bunun çox sadə xilas yolu var - fiziki fəaliyyət! O, stressi azaltmağa köməkçi olur. Bu vəziyyət də zehni və fiziki sağlamlığa müsbət yöndə təsir edir.xa0
Xüsusən də məktəbyaşlı uşaqlar məhz yaşadıqları stress səbəbindən dərslərini yaxşı öyrənə bilmirlər.xa0 Bu səbəbdən, xarici ölkə məktəblərində stressi azaltmaq üçün bu cür uşaqlara xüsusi fiziki məşğuliyyət növünə alışdırırlar.xa0
İdmanın hər hansı növü, yaxud gimnastika, yüngül altetika ilə məşğul olan yeniyetmə sonradan zehni əməyə daha çox adaptasiya olur.xa0
Moderator.az xəbər verir ki, fiziki fəaliyyətin insan orqanizminə faydası təkcə stressi məhv etməklə bitmir.xa0 Fiziki məşğuliyyət beyin üçün əsl müalicə vasiəsidir.xa0
ABŞ alimlərinin uzunmüddətli sınaqlarının nəticəsi zamanı məlum olub ki, fiziki hərəkətlər zamanı,xa0 xa0beyinin mövcud əlaqələrini nizamlama və yeni əlaqələr qurma bacarığı güclənir.xa0
xa0Bu bacarıq beynimizin daha “axıcı” olmasına və daha stabil reaksiya qabiliyyətinə imkan verir.xa0
İnsan beyini nə qədər çox və güclü neyron əlaqələrinə sahib olarsa, öyrənmə və aldığı məlumatları qoruyubxa0 saxlamaq bacarıqlarını bir o qədər də artırar.xa0xa0
Burada söhbət hansı fiziki fəaliyyət növlərindən gedir? Onların bir qismini qeyd edək: səhər gimnastikası,isinmə və gərilmə hərəkətləri, birbaşa ürək döyüntülərinin ahəngdarlığına, qan dövranının düzgün hərəkətinə səbəb olan gimnastik hərəkətlər, yüngül qaçış, səhər yürüşü, sürətli idman yerişi, üzgüçülük və s.




































































































