Parlament seçkiləri zamanı deputatlığa namizədlərdən biri də özünü “peyğəmbər” elan edib...
İraqda bir yaşlı adam özünü “Məsih”(xilaskar - Xristianlıqda İsa peyğəmbərin(s) adlarından biri) elan edərək sosial şəbəkələrdə video-müraciət yayıb.xa0
Moderator.az-ın xarici İslam saytlarına istinadlaxa0 verdiyi xəbərdə deyilir ki, yalançı “elçi” özünün Allah tərəfindən yer üzündə ədalətin bərqərar olması üçün göndərildiyini bəyan edib.xa0
Bundan sonra Həşim Cabbar adlı dələduz adam polis tərəfindən saxlanılıb. O, öz bəyanatlarından imtina edərək iraqlılar və bütün xristianlardan üzr istəyib.
İctimaiyyət də saxta “Məsih” in bəyanatına ciddi yanaşmayıb. Bir çox illərdir müharibə, daxili münaqişələr və yoxsulluq içində çabalayan İraqda dəfələrlə özlərini “Məsih”xa0 elan edənlər peyda olub. Hətta son parlament seçkilərində deputatlığaxa0 namizədlərdən biri də özünü peyğəmbər elan edib.
Sultan Laçın
Sultan Laçın



























































































