Dünyada ən çox baxılan məşhur video "YouTube"dan silindi

Hazırda oxunan: Dünyada ən çox baxılan məşhur video "YouTube"dan silindi

220660
Puerto-Rikalı xa0sənətçi xa0Luis Fonsinin “Despacito” mahnısının klipi "YouTube"dan silinib.

Moderator.az xəbər verir ki, ingilis qəzeti xa0“The İndependent” belə bir xəbər yayıb. Nəşrin məlumatına görə rolik, xa0haker hücumundan sonra yoxa çıxıb.

Görünür, hakerlər Fonsi də daxil olmaqla tanınmış müğənnilərin kliplərini yayımlayan “Vevo”nun ev sahibliyi etdiyi musiqi hesablarını ələ keçiriblər.xa0

Məsələn, Şakira, Taylor Svift və Drake kimi müğənnilərin də bəzi videoları silinib. Bu kliplərin əvəzinə kadrlarda qısa müddət ərzində əli silahlı və maskalı şəxslər görünüb.xa0

Xatırladaq ki, bir qədər öncə "Despacito" klipi YouTube tarixində ən çox izlənilən klip olmuşdu. Belə ki, klip 5xa0milyard dəfə izlənmişdi...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin