Yağ ləkəsini necə aparmaq olar?

Hazırda oxunan: Yağ ləkəsini necə aparmaq olar?

218691
Yağ ləkəsini aparmağın fərqli yolları var. Parçalar yağı dərhal çəkdiyi üçün su, sabun və yuyucu vasitələr kömək etməyə bilər. Yağ ləkələri parçaların növünə uyğun təmizlənməlidir. Yemək yeyərkən yağ töküldükdə dərhal paltarın həmin hissəsinə duz tökülməlidir.xa0

Zeytun yağı və duru yağı təmizləmək üçün asidik tərkibdə olmayan qab şampunu istifadə etmək lazımdır. Yağ paltara töküldüyü anda üstünə uşaq pudrası tökmək çox effektiv bir yöntəmdir.

Sintetik parçalardan yağı təmizləmək üçün efirlə bezi isladıb ləkəni silmək və açıq havada qurutmaq kifayət edir. İpək parçaların ləkəsini isə 1 stəkan suya qatılmış amonyakla apara bilərsiniz. Bezi isladın və ləkəni silin. Sonra həmin hissənin üzərinə kağız dəsmal qoyaraq ütüləyin. Ləkələr yox olacaq. Motor yağlarını isə paltardan kor bıçaq vasitəsi ilə qaşımaq olar. Parçanı yumşaltmaq üçün vazilendən istifadə edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin