Bütün dərdlərin dərmanı sevişməkmiş... - Alimlər 7 populyar mifi alt-üst etdilər...

Hazırda oxunan: Bütün dərdlərin dərmanı sevişməkmiş... - Alimlər 7 populyar mifi alt-üst etdilər...

213931
Moderator.az “Dni.ru” nəşrinə istinadən xəbər verir ki, alimlər guya seksin xeyirsiz və təhlükəli olması haqqında yayılmış mifləri alt-üst edib.

Həkimlərin təkzib etdiyi birinci mif odur ki, guya seks infarkt riskini artırır. Həkimlər 536 xəstəni müayinə edib və müəyyənləşdiriblər ki, 0,7% infarkt qabağı sekslə məşğul olublar, 78% isə pristupdan bir gün əvvəl.

Bundan başqa tibb işçiləri sübut edir ki, bel ağrıları olan xəstələrə seks zərərli deyil. Onurğa sütununda problemləri olan 84% kişilər və 73% gözəl cinsin nümayəndələri seksdən sonra xüsusi rahatlıq hiss ediblər. Əsas düzgün poza seçməkdir.

Həkimlər onu da qeyd edirlər ki, uşaq əmələ gətirmək üçün də baş ağrısının olub-olmaması təsir göstərmir, kritik vəziyyətdə də hamilə qalmaq tamamilə mümkündür. Ekspertlər eyni zamanda məsləhət görürlər ki, hamiləliyin qarşısını alan vasitələrdən çox istifadə etmək olmaz.

Başqa miflər arasında cinsi əlaqə, orqazm zamanı vaxtından əvvəl doğuş qorxusu və qadınlar arasında populyar olan baş ağrıları da var. O ki, qaldı sonuncu bəhanəyə, həkimlər əmin edirlər ki, sevişmək şıltaq, inadkar qadınların baş ağrılarını müalicə etməyə qadirdir.

P. S. Bir sözlə, sən demə, bütün dərdlərin dərmanı sevişməkdir...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin