Dünyanın ən uzun və ən qısa iki insanı Misirdə bir fotoşəkil çəkilişi üçün bir araya gəliblər. Qahirədəki tarixi piramidalarının qarşısında poza verən cütlük olduqca maraqlı görüntülər ortaya çıxarıb.
xa0

Moderator.az xəbər verir ki, Türkiyəli Sultan Kosan "Ginnesin Rekordlar Kitabı"na görə dünyada ən uzun insandır. Kosanın boyu 2 metr 51 sm-dir. Hindistanlı Jyoti Amge isə dünyanın ən qısa boylu qadınıdır. Amgenin boyu yalnız 60 sm-dir.

xa0
Kamran

































































































