xa0
Nəsli tükənmək təhlükəsi ilə qarşı-qarşıya olan və insanlığa faydası saymaqla qurtarmayan arıların bir faydası daha ortaya çıxarılıb.xa0
Bal arıları həm təbiət üçün, həm də insanlar üçün olduqca əhəmiyyətli canlıdır. Nəsilləri tükənmək təhlükəsi ilə qarşı-qarşıya olan bu canlılar hər gün daşıdıqları tozcuqlar sayəsində bitkilərin çoxalmasını təmin etmələri ilə yanaşı istehsal etdikləri balla da insan sağlamlığına ciddi töhfələr verirlər.
Moderator.az bildirir ki, Slovakiya Elmlər Akademiyasının alimləri tərəfindən arıların başqa bir məhsulu olan arı südünün yaraların sağalmasını sürətləndirən bir molekul daşıdığı ortaya çıxarıb. "Royal Jelly" deyilən bu maddə əslində arıların qida mənbəyidir. Kral arılar inkişaf mərhələsində olanda bu maddənin içərisində üzürlər.
Arı südünün sağlamlıq baxımından faydalarına dair heç bir tapıntı olmasa da bu maddənin yaraların yaxşılaşmasını sürətləndirdiyi məlum olub.xa0
Elm adamları tərəfindən bunun səbəbi araşdırılıb. Slovak ealimlərindən ibarət briqada tərəfindən bəzi dəri hüceyrələrinin özlərini yenidən təşkil etməsi və yaraların bağlanmasını təmin edən arı südü içərisindəki molekulun nə olduğunu müəyyən etməyə nail olub.
Cilddə meydana gələn bir yara halında keratinosit və fibroblast adı verilən iki tip hüceyrə dəridə olan yaraları sağaltmaq üçün yeni hüceyrələrin əmələ gəlməsini sürətləndirir.
Arı südündə olan molekulun yaraya tətbiq edilməsi nəticəsində defensin-1 adı verilən bir peptidə çevrildiyi aydın olub. Defensin-1 maddəsi hüceyrə matriksinin yenidən bərpa olunmasını təmin edən MMP-9 istehsalında əhəmiyyətli artıma səbəb olur.
Tədqiqatçılar tərəfindən 20 siçanın yaralarında 15 gün müddətində testlər keçirilib. Yaralarına arı südü müalicəsi tətbiq edilən siçanlarda sağalma sürətinin ciddi şəkildə artdığı müşahidə olunub.
Arı südündən alınan defensin-1 adlı peptidin MMP-9 hasilatını ciddi ölçüdə artırdığı ortaya çıxıb.xa0
Tədqiqatçılara görə, bu tətbiqetmədəki ən böyük əngəl isə arı südü və balındakı defensin-1 miqdarının olduqca dəyişkən olmasıdır.
Zəhra



































































































