Qəribəlikdə sərhəd tanımayan ruslardan yenə ağıllara durğunluq gətirən bir hadisə daha gəldi. Belə ki, sosial şəbəkələrə Rusiyada binada yerləşən bir məzilin eyvanındakı avtomobilin fotoşəkili yayıldı və bu foto görənləri heyrətə saldı. Aylardır hələ də Facebookda intensiv olaraq paylaşılan bu foto insanları "Bəs bu maşın o eyvana necə çıxdı?" sualı ətrafında düşünməyə vadar edir.
Rusiyada çəkilən və sosial mediada şöhrətə qovuşan fotoda ilk baxışda hər şey normal görünür. Fotoya daha diqqətli nəzər saldıqda isə binalardan birinin eyvanındakı detal diqqəti çəkir. Belə ki, bina sakinlərindən birinin mənzilinin ətrafıbağlı eyvanında avtomobilin mükəmməl dərəcədə park edildiyi görünür. Rus mətbuatında, internet forumlarında paylaşılan fotoşəkil hadisəyə aydınlıq gətirmək istəyən bir çox istifadəçini düşündürüb. İnsanlar maşının o eyvana necə sığdığını, hətta oraya necə çıxarıldığına məntiqli bir açıqlama verə bilməyib. Bir istifadəçi isə "O eyvan maşınln ağırlığını daşıya bilməz. Bu foto saxta olmalıdır, ya da maşınla bağlı anlaşılmazlıq var. Bu, optik ilüziyadır" deyə açıqlama verib.xa0
Rusiyadan gələn yeganə qəribə foto bu deyil əlbəttə ki. Rus saytlarında paylaşılan bir çox inanılmaz görüntülər sosial media üzərindən dünyaya yayılır.xa0
Moderator.az toylarının davamını buz kimi suda edən yeni evli cütlük başda olmaqla məhz rusların heyrətləndirən fotolarından bəzilərini təqdim edir:
Zəhra



































































































