Ağlınızı başınızdan alacaq 25 həqiqət

Hazırda oxunan: Ağlınızı başınızdan alacaq 25 həqiqət

184788
xa0
Bəzən bu həyatda çox şey gördüyünüzü və heç bir şeyin sizi təəccübləndirməyəcəyini düşünə bilərsiniz. Ta ki aşağıdakı məlumatları oxuyana qədər:

1. Begemot südü həqiqətən, çəhrayıdır.
2. Təmiz bal heç bir zaman xarab olmaz. Nə bir, nə də iki il sonra - ümumiyyətlə heç vaxt!
3. Dünya üzərində tanınan və bioloji olaraq ölümsüz olan yeganə organizma "Turritopsis Nutricula" adlanan dəniz anasıdır.
4. Mavi balinanın ürəyi o qədər böyükdür ki, arteriyalarının içində bir insan üzə bilər.

5. Amma boğazı da nəlbəkidən böyük deyil.
6. Dünyada adam başına 1.6 milyon qarışqa düşür. Bütün qarışqaların çəkisinin cəmi də dünyadakı insanların çəkisinin cəminə bərabərdir.
7. Bir səkkizayaqlı ilbizin 3 ürəyi var.
8. “Fenq-şui”x9d fəlsəfəsi ilk olaraq məzar üçün uyğun yer seçmək sənəti olaraq ortaya çıxıb.
9. Saturn və Yupiterdə yağış sudan deyil, brilyantlardan yaranır.
10. Əgər Yupiter Dünyaya Ay qədər yaxın olsaydı, əldə edəcəyimiz göy mənzərəsi belə olardı:

11. İnsan orqanizmində hüceyrələrdən 10 dəfə çox bakteriya vardır.
12. İçdiyiniz bir stəkan suyun bir vaxtlar bir dinozavrdan keçib gəlmiş bir su molekulu olma ehtimalı 100 faizdir.
13. Frankeştayn yaradanın adıdır, canavarın deyil.
14. Naqqa balığının 27,000 dad bilmə zərrəciyi vardır. Bu da bir insanınkından 4 dəfə daha çox deməkdir.
15. Bir qum dənəciyi mikroskop altında belə görünür:

16. Tipik yapon balığı kasası əslində onlar üçün ən pis yaşayış sahəsidir.
17. Az işıqda kitab oxumağın və ya qaranlıqda kompüter istifadə etməyin əslində görməyinizə mənfi bir təsiri yoxdur.
18. Oksford Universiteti Aztek İmperatorluğundan daha qədimdir.
19. Kiprdə Şaxta Babaya Basil deyilir.
20. İndiyə qədər heç kim bir Afrika filini əhliləşdirməyi bacarmayıb.
21. Solda rəsm Dünyada yanan bir şamın necə göründüyünü göstərir; Sağdakı şəkil isə kosmosda, cazibə qüvvəsi olmayan şəraitdə yanan şamın necə göründüyünü göstərir.

22. Az yatmaq ətrafınızdakı insanları düşmən kimi görməyinizə səbəb ola bilər.
23. Çox suda olandan sonra barmaq uclarında yaranan qırışların əhəmiyyətli faydası vardır. Bədən normaldan çox rütubət hiss etdikdə olduğu mühitin sürüşkən ola biləcəyini düşünür. Bu səbəblə də olduğu yerdəki düz səthlərdən daha yaxşı yapışmaq üçün barmaq ucları büzüşməyə başlayır.
24. Burunla üst dodaq arasında qalan boşluğa filtrum deyilir. Bu kiçik sahə ana bətnində nə qədər qaldığınızı göstərir. Üzünüzün iki tərəfi bir-birindən fərqli zamanlarda yaranır və görüşdükləri orta nöqtədə filtrum yaranır. İki tərəf bir-birinə tam olaraq birləşməsə, hər 750 doğumda bir görülən damaq yarığı əmələ gəlir.
25. Dairəvi əzələli budlar təkamül prosesinin bir hissəsidir. Əcdadlarımızın əsas peşəsi ovçuluq olub. Ovunu tutmaq və ya ən azından sürətli qaçmaq üçün yaxşı inkişaf etmiş budlar çox vacib idi.


Zəhra
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin