Moderator.az jurnalist Viktor Topallerin xa0Amerika mətbuatında dərc olunmuş olduqca maraqlı məqaləsini tərcümə edərək oxuculara təqdim edir. Bu dəqiqələrdə Hamburqda ABŞ prezidenti Trampla Rusiya prezidenti Putin arasında görüş keçirilir. İnanırıq ki, sarkazm dolu bu məqalə yerinə düşür...
"Hər halda çox maraqlıdır, Trampla Putinin görüşü necə keçəcək. Yəqin iki “bərkgedən oğlan”x9d o şeylərlə, adı nədi.., hə, bədənlərinin müxtəlif hissələrini ölçüb nümayiş etdirəcəklər ki, “ bunlardan bərk yalnız xa0yumurtadır”x9d. xa0Bu situasiyaya xa0komiklik verən odur ki, böyük bir derjavanın lideri bir piqmeylə (yumruq boyda olan adam), Qərbin boşluğundan yararlanaraq xa0hədsiz həyasızlaşmış, cinayətkar qruplaşmanın başçısı ilə yarışacaq. xa0Əslində “raketli Yuxarı Volta”x9dnın ( Yuxarı Volta Afrikanın ən kasıb ölkəsi olub, indi Burkino-Faso adlanır. Soyuq müharibə dövründə SSRİ-ni kinayə ilə “raketli Yuxarı Volta”x9d adlandırırdılar) başçısını nə iləsə ölçmək alınmır, amma bu vacib deyil. Çox güman ki, o özündən “erkək”x9d düzəltməyə davam edəcək. Tramp xa0bu divardibi gədənin “təvazökar cazibəsi”x9dnin təsirinə düşəcəkmi? Xatırlayın, Putin Qərb dünyasını necə fəth etdi. Yox, deyəsən “fəth etdi”x9d sözü yerinə düşmədi.xa0

Daha doğrusu, Putin Qərbi valeh etdi. Belə daha dəqiqdir. xa0Həm də, bu Leonid İliçin “maç-maç, quc-qucundan”x9d və xa0daim sərxoş Boris Nikolayeviçdən sonra Putin fövqəladə təəssürat oyatdı. xa0Cavan, enerjili, valehedici, xarici dil bilən. Kostyum da əyninə oturur. Saç düzümü. Gülümsəməyi. xa0Qolundakı saat, lap ürəyin gedər. Qəşəng-parlaq-trallyalya! Tatamiyə çıxır, hamının kürəyini yerə qoyur. Siz Brejnevi tatamidə təsəvvür edirsinizmi? Və ya Andropovu, durnalarla uçan? Kəsəsi- Putin ürəkdir...

Rusiyalılar haqqında danışmağa dəyməz - onlar öz prezidentlərini almanlar füreri, koreyalılar Kim İr Seni, iraqlılar Səddam Hüseyni sevdiklərindən az sevmirlər. Həm də Putini sevmək üçün nə qədər istəsən bəhanə var. Birincisi, aydın oldu ki, “biz çöx böyüyük”x9d. Əlbəttə, biz bunu əvvəllər də bilirdik, amma indi yüz faiz təsdiq olundu. Ikincisi ”“ Rusiya dizi üstündən ayağa qalxdı və taxtı-taca öz oğlunu çıxardı, o oğul ki, sözləri, hətta cümlələri xa0aydın tələffüz edir . Bizim xatirimizdə belə şey olubmu? Dağ xizəyində sürüşür; “Lyube”x9d qrupunun konsertinə gedir; xarici dilləri bilir, hətta bunu xalqın başa düşəcəyi formada çatdırır, məsələn “terrorçuları ayaqyolunda isladacaq”x9d kimi. Və hamı sevinir. O cümlədən, terrorçular da, ayaqyolunun işçiləri də. Ona görə ki, hər şey aydındır. Başa düşülməyən nə var ki? Bizim adamdır! Kimə oğul, kimə doğma ata.

Elə bilirəm ki, tezliklə Putinin heykəlləri Qaqarinin heykəlini əvəz edəcək, ucqar kənddə, Lenin prospektində, XTNS-də Muxinanın heykəlinin yanındakı Fəhlənin yerində olacaq. Təssəvvür edirsizmi necə əla olar: Putin və Kolxozçu qız! Qız olduğu kimi, əlində oraq, o isə - çəkicin əvəzinə əlində cəza qılıncı. Postamentin ayağında isə Ukrayna və çürümüş Qərb dünyası liderlərinin kəsilmiş başları...
Nəhayət ki, Rusiya ehtirasla arzuladığı rəhbəri-başçını əldə etdi. Məhz başçını. Və artıq heç kəs vaxtilə bir müdrikin dediyi sözləri xatırlamır: başçı taxta oturanda xalq avtomatik xa0olaraq qəbiləyə çevrilir. O qəbiləyə ki, yenə də dünya tarixinin ən qanlı heyvanı ”“yoldaş Stalinə dua oxuyur.
Qərb isə hələ də anlamır ki, kimlə iş görür-qərb siyasətçilərinin böyüdüyü koordinatlar sistemi sadəcə düşünməyə imkan vermir ki, sovet gestapoçusu necə fikirləşir və nəyə qadirdir. Bütün azadlıqların boğulması, bütün dünyada banditlərin, çıxdaşların dəstəklənməsi, xa0İranın “çətiri olması”x9d, evlərin partladılması, müəmmalı qətllər, sənaye miqyaslı oğurluq, tam bespredel, məhkəmə-hüquq sisteminin ləğvi, Gürcüstanın işğalı, Ukraynaya, Suriyaya hücum ”“müdaxilə- bütün bunlar boş şeydir.
Buş “dostu Vladimirin”x9d gözündə nəsə xüsusi bir əlamət görür, Obama açıq şəkildə ürpənir, diksinir, “valehedicidən”x9dşapalığı şapalaq dalınca alır...

Tramp sakramental və yaxşı anlaşılan lotu dilində: “Sənin yerin paraşanın yanıdır”x9d deməyi bacararmı? (istəyərmi). Əlbəttə, diplomatik tərzdə. Yaxşı sözlərlə.
Təsadüfi deyil ki, görüş Hamburqda olacaq. Mümkündür ki, Putin bu dəfə “ Hamburq hesabı”x9d ilə (“Hamburq hesabı”x9d xüsusi ifadədir. Adətən sirkdə hansı güləşçinin qalib olacağı əvvəlcədən müəyyənləşir.Yalnız ildə bir dəfə sirk güləşçiləri Hamburq traktirinə yığışır və bağlı qapılar arxasında həqiqi qalibi müəyyən edirlər-tərcümə) cavab verəcək, onun adət etdiyi xa0“ponyatka”x9dilə yox. Əlbəttə, işə görə əlaqələri kəsmək lazımdır; hesablara həbs qoyulmalıdır; “Maqnitski siyahısını”x9d bir dəfə də artırmaq; rus “diplomatları”x9dnın qolundan tutub bayıra tullamaq; birmənalı olaraq anlatmaq ki, ABŞ-ın Beşinci donanmasının iki raketi ilə Rusiyanın Qara dəniz donanmasını darmadağın etmək olar; qorxulu Göbbelsvari yalanları yayan rus telekanalların translyasiyasını dayandırmaq. Bunların heç biri olmayacaq. Amma, özümü inandırmağa çalışıram ki, ( ümid etmək istəyirəm) “bizim qartal don Reba”x9d (Struqatski qardaşlarının “Allah olmaq çətindir”x9d əsərində hakimiyyətpərəst bir nazir obrazı) hər halda Moskvaya çox mütəəssir, peşman vəziyyətdə dönəcək və şəriklərini adət etdiyi ana söyüşlərinə qonaq edəcək".




























































































