Moderator.az dərinizdə əmələ gəlmiş, qan damarlarından yaranan kiçik xoşxassəli şişlər haqqında məlumat təqdim edir.xa0
Əvvəlcə qeyd edək ki, həmin qırmızı xalların ortaya çıxmasının 2 əsas səbəbi var:
Birinci- Yaş:
Bir çox insanda 30 yaşdan sonra bu xallar görülməyə başlayır. Adətən qırmızı kiçik təpəli şəklində yaranır, gövdədə, qollarda, ayaqlarda və çiyinlərdə olur. Bu cür xallar yaşın irəliləməsi ilə birlikdə cilddə və damarlardakı dəyişikliklər səbəbiylə ortaya çıxır.
İkinci - Sağlamlıq problemləri və ya pis həyat tərzi:
Əgər xal bir ləkə kimi görünürsə və ətrafında damar dəliyi yaranmağa başlayırsa, bu vəziyyət qara ciyərlə ürək damar xəstəlikləri və ya hormonlarla bağlı bir problemə işarə edir. Əgər uzun müddətdir dərinizdə olan qırmızı xal bir anda ölçüsünü və ya formasını dəyişirsə və ya qanamağa başlayırsa, dərhal həkimə getməlisiniz. Bu qırmızı xallar normalda təlaş ediləcək şeylər deyil, amma yenə də zəmanət olması baxımından həkimə göstərməyinizdə fayda var.
xa0
Gələcəkdə bu cür xalların yaranmaması üçün görə biləcəyiniz çarələr də var. Ən yaxşı çarə sağlam həyat tərzi və balanslı qidalanmaqdır. Bol miqdarda su və meyvə-tərəvəz, göyərti yeyin, amerikan armudu və zeytun yağı kimi faydalı yağları istehlak etməyi unutmayın. Bu sadə və praktik üsul dərinizi təmiz və gənc, bədəninizi sağlam tutacaq.
Zəhra



























































































