İnsan vücuduna dair 5 inanılmaz həqiqət - Ulduz tozundan əmələ gəlmişik

Hazırda oxunan: İnsan vücuduna dair 5 inanılmaz həqiqət - Ulduz tozundan əmələ gəlmişik

182670

Orqanizmimizin nə qədər gücsüz və ya həssas olduğunu düşünsək də fəaliyyətinə baxarkən ağıllara durğunluq gətirən bir mexanizmin şahidi oluruq.

Moderator.az məhz varlığımızla bağlı maraqlı gerçəkləri təqdim edir:

1. Beynimiz 10 Vatlıq bir lampanın istifadə etdiyi miqdara bərabər güclə işləyir.

İnsan beyni gündə 200 kilokalori istifadə edir. Yəni, beynimiz yatarkən belə kiçik bir lampanın istehsal etdiyi qədər enerji istehsal edir.

2. Orqanizmimiz hər yeddi ildən bir özünü yeniləyir.

Siz bu cümləni oxuyarkən 25 milyon dənə hüceyrəniz öldü. Bu bir problem deyil, çünki orqanizminiz bu gün 300 milyard yeni hüceyrə istehsal edəcək. Hüceyrə ölümləri və yeni hüceyrə istehsalı o qədər tez-tez meydana gəlir ki, yeddi ildən bir bədənimiz yenilənmiş olur. Lakin sümük, ürək və beyin hüceyrələri çox tez-tez bərpa olunmadığı üçün onlara yaxşı baxmaqda fayda var.

3. Bədənimizdə bir qalaktikadakı ulduz sayından daha çox hüceyrə var.

İnsan bədənində 75 trilyon hüceyrə var. Bu hüceyrələrin hər biri bizi həyatda və şüurlu tutmaq üçün bir-biri ilə qarşılıqlı təsir halında olan minlərlə molekuldan əmələ gəlmiş kiçik şəhərlərə bənzəyirlər. Bu vəziyyəti planetimizdəki 400 milyard ulduzla müqayisə etsək, varlığımızın nə qədər heyranedici olduğunu dərk edərik. Gələn dəfə özünüzü dəyərsiz hiss etdiyinizdə xatırlayın: Orqanizminizdə 75.000.000.000.000 hüceyrə var və bu hal "əhəmiyyətsiz" olmaqdan çox, çox uzaqdadır.

4. Bədəninizdəki hüceyrələr düşüncələrinizə reaksiya verirlər.

Frank Outlav deyir ki: "Düşüncələrinizə diqqət edin, sözlərə çevrilirlər. Sözlərinizə diqqət edin, hərəkətlərə çevrilirlər". Beynimiz bütünlükdə bədənimizi idarə edən güclü maşın kimidir.
Amma yaxşı xəbər odur ki, düşüncələrinizi nəzarət etmək sizin əlinizdədir! Məsələn, müsbət fikirlər immunitet sisteminizi güclü tutarkən, mənfi fikirlər sistemə zərər verir.

5. Ulduz tozundan əmələ gəlmişik

Karl Saganın dediyi kimi: "Hamımız ulduz tozuyuq". Dünyadakı demək olar ki, hər element bir ulduzdan yaranıb. Bədəndəki karbon, azot, oksigen atomları, digər elementlərdəki atomlar da daxil olmaqla, 4.5 milyard il əvvəl bir ulduz generasiyasında var olub.

xa0
Hazırladı: Zəhra
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin