Pişik dostunuzun mırıldayan zaman həm sizi, həm də özünü müalicə etdiyini bilirdinizmi?
Yəqin ki, bir pişiyin tüklərini sığallayarkən stress və narahatlığınızın azaldığını, sakitləşdiyinizi hiss etmisiniz. Bu əslində bir hiss olmaqdan əlavə elmi bir həqiqətdir.
Pişiklər 20-140 sürət məsafədə mırıldama titrəmələrini yayırlar. Bəzi elm adamları bu səsin qırtlaqdakı bir titrəyiş sayəsində yarandığını, bəziləri isə pişiklərin döş divarında qan damarlarının titrəyişinin bu səsi çıxdığını iddia edir. Bu mövzuda araşdırmalar aparan bütün elm insanlarının ortaq nəticəsi isə "pişiyin mırıldama ilə müalicə etmə gücü" dür.
Pişiklərin mırıldamasını hər zaman xoşbəxtlikləri ilə əlaqələndirmişik. Bu doğru olmaqla bərabər əslində bir qədər əskikdir. Pişiklər xoşbəxt olmayanda və ya canları ağrıyanda də mırıldayırlar. Məsələn, doğuş edən pişiklər doğuş ağrısından da mırıldayırlar.
Bu, onlar üçün bir növ müalicədir. Pişiklər mırıldamaqla özlərini həm fiziki, həm də psixoloji olaraq təkmilləşdirirlər. Məhz kiçik dostlarımızın özlərini təkmilləşdirmələrinə yarayan bu səs bizləri də daha sağlam hala gətirir.
Pişik mırıltısı stressi azaldır. Aşağı tezlikdə olan bu səs eşidildikdə beyindəki temporal ləçəyin dərin strukturlarında olan Hesl Giyrusu adlanan yerdə oksigen və qlükoza istehlakı artır, bədəndəki qan təzyiqi düşür. Bu hal insanda müsbət hisslərin yaranmasına səbəb olur. Mırıldama zamanı insan orqanizmində xoşbəxt hiss etməyimizi təmin edən serotonin, prolaktin və oksitosin hormonlarının da artdığı müəyyən olunub.
Daha az stress, daha az infarkt riski
Pişik saxlayan insanların digər insanlarla müqayisədə yüzdə 40 daha az infarkt riski olduğu da sübut olunub. Elm insanları bu vəziyyəti xoşbəxtlik verici, sakitləşdirici təsirə əsaslanır. Yəni daha az stress, daha az infarkt riski.
Mırıltının pişiklərin öz sümüklərinə və onlarla qarşılıqlı təsirdə olan insanların sümüklərinə də müalicəvi təsiri var.xa0
Evdə bir pişiklə yaşamağın nəfəs darlığı və astma riskini azaltdığı ortaya çıxıb, bunun səbəbi mırıldamağın nəfəs sistemimizə də yaxşı təsir etməsidir.
xa0
Görünən o ki, balaca dostlarımız sevimli olmaları ilə yanaşı, həyatımızı daha xoşbəxt keçirməyimizə də yardımçı olur!
Zəhra





























































































