Rokfellerin ölüsü də pul qazansın deyə bizlərdən gizlədilən möcüzə - FOTOLAR

Hazırda oxunan: Rokfellerin ölüsü də pul qazansın deyə bizlərdən gizlədilən möcüzə - FOTOLAR

182494

100.000 il əvvəl reallaşan təkamül prosesi ilə yanaşı Homo Sapiens növü yeni şeylər öyrənməyə və öyrəndikləri ilə yeni işlər görməyə başladı. xa0Ünsiyyət qurmaq üçün inkişaf edən dil sayəsində insanlar danışaraq vahid bir əqidə ətrafında təşkilatlanmağa başladılar. xa010.000 il əvvəl baş verən dəyişiklikdən sonra isə xa0insanlar icmalar halında yaşamağa və yemək məsələsində müxtəliflik imkanına sahib olmağa başladılar. Bu imkanlarla yanaşı insan oturaq sistemə keçərək, əhliləşdirilmiş bir neçə bitki ilə bir neçə heyvanın əsarəti altına düşdü. Zamanla evlərdə yaşamağa başlayan insan təbii həyatın gətirdiyi çətinliklərin öhdəsindən necə gələcəyini unutmağa başladı. İnsan artıq inkişaf etməyə başlamışı, ancaq bu inkişaf ona faydadan çox zərər gətirirdi. Əvvəllər təbiətin ən çətin şərtlərində belə həyatda qala bilən insan, artıq qapalı evlərində oturub, taxılın böyüməsini gözləmək məcburiyyətində düşdü.


İnsan 100.000 ildir inkişaf edir, hətta son 50 ildir ki, tutduğumuz inkişaf yolu ilə "mükəmməl”x9d şəkildə inkişaf etməyə davam edirik. Lakin, faydalı və qədim adətlərimizdən imtina etmə səhvinə yol veririk. Bir növ evlərdə ölümə gedən növ olaraq yaşayırıq. Unutduğumuz, daha doğrusu, bir şəkildə bizə unutdurulmağa çalışılan həqiqətlər var. Və bu həqiqətlərdən biri də çoxumuzun yaxşı bildiyi gümüş elementidir.


Baş verən sözdə inkişafla yanaşı, qədim dövrlərdəki insanların sağlamlıq məsələlərində ən çox müraciət etdiyi gümüş nədənsə o zamanlar bəzək əşyaları kimi istifadə edilmirdi. Qədim dövrlərdə gümüşdən tibbi problemlərinin həllində tez-tez istifadə edilirdi. xa0Gümüşün faydaları Yuli Sezarın dövründən tanınırdı və Romalılar kiçik gümüş hissəciklərini yanıqları, kəsikləri və yaraları müalicə etmək üçün, Yunanlar isə şərabı, suyu və şərab qablarını bakteriyalardan təmizləmək üçün istifadə edirdilər.
14-cü əsrə çatanda Qara Taun virusu Avropada yaşayanların 25faizini qətl edərkən, xəstəlikdən tək əziyyət çəkməyənlər qaraçılar olmuşdu. Səbəbi isə qaraçıların gümüşü əridib, damar yolu ilə orqanizmə yeritmələri olmuşdu.xa0



Maraqlıdır, gümüş hansı xüsusiyyətinə görə qaraçıları taundan qoruya bilib?

Gümüş ionlarının ən əhəmiyyətli xüsusiyyəti antibakterial olmasıdır və aşağı zəhərli xüsusiyyətə malik olduğuna görə üzərində mikroorqanizmlərin immunitet əldə etmədikləri ağır metaldır. Bununla yanaşı, gümüş elementi antibiotik təsiri göstərir və bakterial infeksiyalarda, yanıqlarda, yaralarda, xroniki yaralarda istifadəsi olduqca faydalıdır. Gümüş elementi asan reaksiyaya girən bir metal olduğundan zəhəri də dərhal müəyyən edir. Həkimlər o dövrlərdə gümüşün faydalarını dəyərləndirirdi və xəstələrinə əgər sağlam olmaq istəyirlərsə gümüş qablarda və gümüş çəngəl, bıçaq, qaşıq istifadə edərək yemək yeməsini tövsiyə edirdilər. Zəhərlənmək istəməyən dövlət adamları da əsasən gümüşdən emal edilmiş stəkan, boşqab, çəngəl və s. əşyaları istifadə edirdilər.



"Ağzında gümüş qaşıqla doğulmaq" məsəlini və məsəlin varlı insanlar üçün istifadə edildiyini yəqin ki, bilirsiniz. Bu deyimin mənşəyi insanların gümüşün müalicəvi təsirini bildiklərindən yeni doğulan uşaqları qorumaq üçün ağzına gümüş qaşıq qoymalarından gəlir. Gümüş 450 növ bakteriyanın DNT-ni pozaraq yox edə bilən yeganə elementdir. xa0Orqanizmdə olan sağlam hüceyrələrin sürətli bölünərək çoxalmasını təmin edir, günümüzdə də bir çox xəstəliyin yayılmasını əngəlləyir.xa0

Bəs, nə oldu da gümüş həyatımızdan çıxarıldı? Madam ki, bu qədər faydası vardı, niyə orqanizmimizin bu elementi almasını təmin etmirik?


Bu sualın cavabı İkinci Dünya Müharibəsi dövrünə qədər gedib çıxır. O vaxt xəstəliklərin və yaraların müalicəsi üçün kəşf edilən penisillin sintetik olaraq istehsal edilməyə başlanır. xa0Və beləcə, tibbdə patenti almış sintetik dərmanlarla böyük dərman firmalarını varlandıran yeni dövr başlayır. Və beləliklə dərman sisteminin gəliri üçün gümüş bir şəkildə həyatlardan çıxarıldı. Tam mənasilə çıxarıldı demək yanlış olar, daha doğrusu, unutduruldu, firmaların istehsal etdiyi sintetik penisillini istifadə etməyimiz tövsiyyə edildi.xa0


1906-ci ildə bütün böyük dərman şirkətlərini satın alan Con D.Rokfeller koloidal gümüşün dərman satışlarının qarşısında maneə yaradacağını fərq edir. Bu səbəblə Jude Abraham Felxnerin köməyi ilə Amerikadakı bütün tibb fakültələrində gümüş suyu məsələsinin işlənməyəcəyini və bu təlimata uymayan bütün professorların lisenziyalarının əlindən alınacağını bildirir.xa0


İşin maraqlı tərəfi odur ki, Rokfeller ailəsinin heç bir zaman dərman istifadə etməsinə icazə verməyib. Keçdiyimiz aylarda vəfat edən Devid Rokfellerin geridə qoyduğu sərvətin yığılmsında əhəmiyyətli sektorlardan biri də əlbəttə ki, dərman sektorudur. Gümüş elementi bütün bu deyilənlərə görə bir şəkildə həyatımızdan çıxarılıb. xa0Bir çox insan indi üçün gümüş elementinin sonsuz faydalarından xəbərsizdir, çünki bunlar bizə nə danışılmır, istifadə etməyimiz üçün məsləhət görülmür. Əksinə, davamlı olaraq sintetik yolla istehsal edilən dərmanlar satılır. Görək insan övladı bu dərmanlara daha nə qədər davam gətirə biləcək.


Sonda qeyd edək ki, içərisində gümüş ionu saxlayan yeganə qida qozdur.xa0


Hazırladı: Zəhra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin