Moderator.az saytında dərc olunan “Ruh haqqında bilmədiklərimiz - Elmi-lədun araşdırma”x9d başlıqlı yazımızdan sonra bu mövzuda müxtəlif suallar meydana gəldi.
xa0(Yazını bu linkdən oxumaq olar:xa0
Suallardan biri Quranda keçən “Allah sizə şah damarınızdan da yaxındır”x9d ayəsinin şərhi ilə bağlıdır.xa0
Nəzərinizə çatdırım ki, hər şey Allahdan qopan nurla yaradılmışdır. Allah ilə Kainat eyni deyil. xa0Allah hər yerdədir; həm zamanın içindədir, həm xaricində; həm dəyişəndir həm də dəyişməyəndir.xa0
Allah, Kainat və bütün varlıqları Özündən (Öz nurundan) yaratdı və kainatı aşan, kainatın şüurunda mütləq və dəyişməz bir varlıq olaraq suverendir.
xa0Ruhun tək məqsədi, meydana gəldiyi Allaha dönməkdir. Bunun da yolu tək universal qanun olan təkamüldən keçir.xa0
Konkret mənada, Allahın daxilində olunduğu Kainatın və varlıqların təkamül yolu ilə dəyişdiyi və inkişaf etdiyi, inkişafını tamamladıqdan sonra dönüşün yenə əzəli və əbədi olan Allaha olacağı şübhəsizdir. Bu geri dönüşdə yalnız təkamülünü tamamlayan ruhlar Allaha qovuşurlar.
Kainat Allahın içindədir və sevgi vasitəsi ilə idarə edilir. Necə ki, xa0bədənimizdə orqanlar sevgi yolu ilə biri-birinə bağlı olduğu kimi, Kainatda da hər şey bir birinə belə bağlıdır.
Kainat, sanki, iç-içə dolu bir yumaqdır. Hər şey biri”“birinin içindədədir. Yəni, Kainatın içində insan, insanın içində isə, xa0Kainat var.xa0
Cahil və dərrakəsiz (mexaniki) ibadət dövrü artıq başa çatmaqdadır. Bundan sonrakı mərhələdə xa0xeyirli əməllər və bəşəriyyətə sülh gətirən qanunlar yaradılmalıdır.
Qarşıdakı dövrdə insanlar o qədər kamilləşəcək, saflaşacaqlar ki, etdikləri yaxşılıqları cəhənnəm qorxusundan deyil, yaradılmışlara sevgi şəfqət səbəbindən xa0edəcəklər.
Paşa Yaqub ”“ Pangeyist (Sülhsevər)





























































































