Dünya nəhəng kainatın yanında nədir ki, heç nə! Milyonlarla qalaktikalar və hər birində də milyonlarla ulduz.... Həmin ulduzların hər biri isə məskunlaşdığımız Yer kürəsindən dəfələrcə böyük... Amma bu “cırtdan”x9d məkan da çox sirlidir, müəmmalıdır. Öyrəndikcə qurtarmır. Bəzən, öyrəndiyimiz sandığımız hər hansı bir məsələ yenidən dəyişmiş, başqa üzünə çevrilmiş olur.
Moderator.az bu yazısında qoca dünyanın bir neçə maraqlı gərdişindən danışacaq. Onların sayı milyonlarcadır. Biz isə hələlik, bir neçəsini təqdim edirik:
Oxşar uşaqlar: dünyada irqindən, cinsindən, doğulduğu yerdən xa0asılı olmayaraq yeni anadan olan uşaqlar 440 hers səs yüksəkliyində və lya notu üzərində ağlayırlar;
Qayadılmış yumurta: yumurtanı qaynadan zaman onun bütün enerji qüvvəsi, kalorisi yeməzdən öncə soyaraq atdığımız qabığında olur. Yəni bütün gücü özünə çəkən qabıq yediyimiz yumurtanı (ağı və sarısı) əsil dieta məhsulu edir;
Dəniz quldurları : dəniz quldurlarında bir gözünün hər zaman qara örtüklə bağlı olur. Bunun səbəbi isə bağlı gözün xəsarət alması deyil. Sadəcə olar istənilən halda qaranlığa alışmaq üçün gözlərinin birini ehtiyatda saxlayırlar;
Santa Klaus: Santa Klausun hamımızın gördüyü qırmızı rəngli geyimi əslində mavi rəng olmalı imiş. Sadəcə koka-kola şirkəti o vaxt sırf reklam məqsədilə həmin geyimi öz rəngləri ilə uzlaşdıraraq qırmızı ediblər;
Cekki Can: Məşhur aktyor Cekki Can dünyada bütün əlbəyaxa döyüş növləri üzrə çempion olan yeganə insandır.
Qütb ayıları: Hamımızın dümağ rəngdə xa0bildiyimiz qütb ayıları rütubətli yerdə qalarlarsa tüklərini rəngi yaşıllaşır.
Yaddaşsız adamlar: ən yüksək İQ-yə (ay-kü) sahib insanlar yaddaşsızlıqdan şikayətlənən adamlardır.
Hazırladı: Elmin
































































































