Uşağın cinsiyyətini öncədən müəyyən edən heyrətamiz kəşf

Hazırda oxunan: Uşağın cinsiyyətini öncədən müəyyən edən heyrətamiz kəşf

179520
xa0
Qız və ya oğlan uşağının dünyaya gəlmə nisbətlərini 50 faiz olduğunu güman edirdik. Ancaq sən demə vəziyyət heç də belə deyilmiş. Hətta qız və ya oğlan uşağının dünyaya gəlməsi asan bir taktikadan ibarət imiş.

Moderator.az xəbər verir ki, bu barədə BBC-nin hazırladığı bir sənədli filmdə bəhs edilib.xa0
Belə ki, dişi spermatozoidlər erkək spermatozoidlərlə müqayisədə daha yavaş hərəkət edirlər, amma qadım rəhimində daha uzun müddət sağ qalırlar. Erkək spermatozoidlər isə dişilərə nisbətən daha sürətli hərəkət edir, amma daha az yaşayırlar.
xa0
Yəni qadının ovulyasiya günündən bir qədər əvvəl planlaşdırılan uşağın qız olma ehtimalı 80 faizdən çoxdur. Çünki erkək spermatozoidlər toxum hüceyrəsinə çatanda hələ qadın ovulyasiyaya hazır halda olmur. Dişi spermatozoidlər arxadan yavaş amma möhkəm addımlarla gəldiyi üçün toxum hüceyrəsinə çatanda erkək spermatozoidlərin yalnız 20 faizi ilə qarşılaşırlar və ədədi üstünlüklərini təmin edirlər.

Ovulyasiya zamanı və ya ondan dərhal sonra planlaşdırılan uşağın isə oğlan olma ehtimalı 80 faizdən çoxdur. Çünki sürətli xa0erkək spermatozoidlər dişilərə nisbətən toxum hüceyrəsinə daha tez çatırlar.xa0


Zəhra
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin