“Həvva Adəmin ikinci arvadıdır”x9d - Qədim inanc dini təkzib edir

Hazırda oxunan: “Həvva Adəmin ikinci arvadıdır”x9d - Qədim inanc dini təkzib edir

178360
xa0
“Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı”x9d. (“Nisa”x9d 1).

Müqəddəs Quran ayəsindən belə nəticəyə gəlmək olur ki, kişi ilə qadın gildən yaranmışdılar. Onların arasında olan fərq dilinə, rənginə, hikmət və təqvasına görədir. Bəli, qadın yaradılışı baxımından kişi ilə cüt yaradılmışdır. Onların bu cütlüyü ailəni əmələ gətirmişdir. Quran ayələrindən belə nəticə çıxartmaq olur ki, insan bir vahid nəfsdən yaradılmışdır. Allahın izni ilə iki budağa bölünmüşdür. Biri kişi və o biri qadın simasında. Bu kişi ilə qadın ailə qurdular və Allahın izni ilə siratül-müstəqim yoluna qədəm basdılar.xa0




Allahın yaratdığı ilk qadının Həvva olduğu demək olar ki, bütün səmavi kitablarda keçir. Lakin, qadının yaradılışına digər dinlərdən fərqli yozum (Həvvanın Adəmin qabırğasından yaradılması) verən Yəhudi dini xa0kimi, yəhudi mifologiyası da qadının yaranmasına fərqli yanaşır.

Moderator.az-ın mifoloji qaynaqlardan üzə çıxardığı əfsanəvi inanc insanın və ilk qadının yaradılışı ilə bağlı dini nəzəriyyəni alt-üst edir.

Belə ki, yəhudi mifologiyasında “Lilit”x9d adlı bir ünsürdən bəhs edilir. Əfsanəyə görə, Adəmlə eyni zamanda yaranan Lilit Adəmin ilk xanımıdır, ancaq Adəmə itaət etməyi qəbul etmədiyinə, özünü eyni hüquqlu bildiyinə görə Allah Liliti lənətləyib və cənnətdən qovub. Adəmin qabırğasından daha üzü yola xarakteri olan Həvvanı yaradıb. Adəm ilə Həvva ilk günahı işlədib cənnətdən qovulduqdan sonra isə övladları dünyaya gəlib. Bundan sonra Lilit Adəmin nəslində olan uşaqları öldürəcəyinə, uşaqlara hakim olacağına dair and içir.xa0

İddia olunur ki, Lilithi uşaqlarından uzaq tutmaq məqsədi ilə insanlar uşaqlarını sünnət edirlər. Həmçinin, yenı doğulmuş körpələri və zahı qadınları Lilitdən qorumaq üçün müxtəlif ayinlər icra edir, dualar oxuyurlar.

Adəmin




Miladdan əvvəl Babil anforalarında təsvir olunan gözəl bədən quruluşuna, bayquş ayaqlara və qanadlara sahib olan qadının Lilit olduğunu ehtimal edirmişlər.xa0

Qeyd edək ki,xa0Tövratda, İncildə işarələrlə, müxtəlif mifologiyalarda real varlıq kimi yer alan Lilitin adı Qurani Kərimdə çəkilmir. Buna baxmayaraq "Nisa" - Qadınlar sürəsində Lilitanın əməllərindən bəhs edilərək günah olduğu bildirilir. Həmin surədə qeyd olunub ki, qadının ərinəxa0qarşı asi olması çox pis və bağışlanılmaz günahdır.xa0


Rumiyyə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin