Moderator.az-ın təqdim etdiyi bu yazıda qadının yaradılışına dair Yunan mifologiyiasında yer almış maraqlı məlumatları əldə edəcəksiniz. xa0
Yunan mifologiyasında tanrı Kronos və Reyanın oğlu, ildırımın və şimşəyin yaradıcısı, səmanın və bütün dünyanın tanrısı Zevs insanın Prometeyin hədiyyəsi olan oddan aldığı gücə görə qəmgin idi. Buna görə də insana çox güclü bir zəiflik vermək üçün bir sui-qəsd hazırlayır. Beləliklə, səhnəyə qadın çıxır. Miflərə görə, bu vaxta qədər qadınlar yox idi. Zeus Hephaistosdan gil və su istifadə edərək bir qadın yaratmasın istəyir.
Nəticədə ortaya yaradılmış ən gözəl heykəl çıxır. Kişiyə necə tanrıların surətinə uyğun olaraq şəkil verilmişdisə qadın da ilahələrin surətinə uyğun olaraq yaradılmışdı. Bu da azmış kimi bütün ilahi varlıqlar Hephaistosun yaratdığı bu varlığa kömək edir. Qadına gözəllik, şəhvət, möhtəşəm geyimlər və parlaq zinətlərə əlavə olaraq, musiqi, zəriflik, cazibə hədiyyələri verildi. Bunların başqa qadına başdan çıxarma hiyləgərliyi və çoxbilmişlik "sənətləri" də bəxş edildi. Bu xüsusiyyətlərlə kişinin qarşı çıxa bilməyəcəyi, təhlükəli və həvəsləndirici qadını yaradaraq ona Pandora dedi.
Zevs tanrıların xəbərçisi olan Hermosa, insan övladına ərməğanı olan Pandoranı təslim etməyi buyurur. Prometey qardaşı Epimetheusu Zevsdən gələn hədiyyələri qəbul etməməsi barədə xəbərdarlıq edir. Buna baxmayaraq Zevsin hədiyyəsinin gözəlliyinə və cazibəsinə heyran qalan Epimetheus Pandoranı arvadı kimi qəbul edir.xa0
Antik miflərdə Pandora Qutusu məsələsində fərqli hekayələr izah edilir. Miflərdən birində tanrıların Pandoraya ağzı bağlı bir qutu verərək bunun bəşəriyyətə bir ərməğan olduğunu dedikləri bildirilir. Ona qutunun içində nə olduğunu deməyiblər. Ancaq uzun sürmür ki, Pandora marağına məğlub olur və qutunu açır. Pandora qutunu açanda içindən xəstəlik, acı, kədər, dəlilik, həsəd və ölüm dünyaya yayılır. xa0Tələsik qapağı geri bağlayan Pandora bir tək ümidi qutuya qoymağı barır. Qutuda tək qalan ümid olur.xa0
Başqa bir mifə görə isə dünyanın bütün pislikləri Epimetheusun evindəki bir xəzinə qutusunda saxlanmaqdadır. Amma bu xəzinənin Epimetheusun, yoxsa Prometeyin olduğu bilinmir.
Marağına məğlub olan Pandora otağa gizlicə girir və xəzinənin qapağını açır. Yenə dünyanın bütün pislikləri qutudan çıxır və arxada ancaq ümid qalır.
Mifin hansı versiyanı tərcih edərsiniz edin, nəticə odur ki, Pandoranın marağı ucbatından bəşəriyyət çətinliklərə qarşı müdafiəsiz qalır. Beləliklə Zevs də intiqamını almış olur.
Zəhraxa0




































































































