Amazon qəbiləsindən 500 səhifəlik təbabət ensiklopediyası - FOTOLAR

Hazırda oxunan: Amazon qəbiləsindən 500 səhifəlik təbabət ensiklopediyası - FOTOLAR

177102
Yerli ənənələr, hekayələr, mədəniyyətlər və bir çox məlumat...

Saysız-hesabsız dil və mifologiya yox olub gedir. Hətta bəzən böyük yerli qrupların da nəsli kəsilə bilir. Amma onların ardından qalan faydalı məlumatlar bizi aydınlatmağa davam edir. 500 səhifəlik təbabət ensiklopediyası xəbəri də buna bir nümunədir.

Moderator.az xəbər verir ki, Amazonlarda bir qəbilər, Braziliya və Perudan Matses xalqı ənənəvi müalicə üsullarını ehtiva edən bir ensiklopediya hazırlayıb. Ensiklopediya 5 şaman və Acate üzvləri tərəfindən toplanıb.xa0

Acate Matses xalqı sıx ünsiyyətdə olan və bir çox Amazon yerlilərinə yardımçı layihələr həyata keçirən bir təşkilatdır. lanma. Təxminən 10 ildir ki, fəaliyyətlərini davam etdirirlər.xa0Gəlir mənbələri məhduddur, meşələrin dərinliklərində yaşayan, getdikcə daha çox xarici mənbələrdən asılı hala gələn qəbilələrə, ya da ağır şəraitdə mədənlərdə işləyənlərə, sosial və ekoloji həyatı qorumağa yönəlik alternativ həll yolları axtarırlar.xa0

Matses xalqı isə təxminən 3200 nəfərdən ibarətdir. Matses dilində danışırlar. Son 30 ildə xa0oturaq həyata keçiblər. Bölgələrini digər yerli qəbilələrdən və xarici qüvvələrdən qorumağa çalışırlar.

500



Acatenin təsisçi və direktoru Kristofer Herndan bir müsahibəsində yeni layihələrindən bəhs edib. ""Matses Təbabət Ensiklopediyası" Amazon qəbilələrindəki şamanlardan günümüzə qalanların bir növ surətidir. Matsesin ən yaşlı bilicisi və təbibi məlumatlarını özündən sonrakı nəsillərə söyləmədən öldü. Acate və Matses liderləri bir daha belə bir faciənin baş verməməsi üçün ensiklopediya hazırlamağa verməyə qərar verdi. Matses xalqı xa0tibbi məlumatlarının şirkətlər və ya tədqiqatçılar tərəfindən oğurlanmasının qarşısını almaq məqsədilə məlumatlarını özləri buraxmağa qərar verdi. Eyni zamanda yeni gənc şamanlar üçün yaxşı bir vəsait olacaq. Bir çox ağır xəstəliklərin müalicəsində istifadə edilən Matses şəfaları hər bir bitkinin ətraflı xüsusiyyətləri ilə müəyyən edilib. Bu müalicə üsulları yox olub gedir və ən çox zərəri yenə öz gənc nəsillərinə olur. Matses və Acate tərəfindən inkişaf etdirilən metodologiya digər yerli mədəniyyətlər üçün də gözəl bir örnək olacaq".

Ensiklopediya iki illik gərgin işin nəticəsidir. Hər bir göstərici, xəstəlik adına görə təsnifat edilib. Hər bir xəstəliyin simptomları açıqlanıb. Ensiklopediya hazırda satışda deyil, amma bu layihəyə və Matsesliler kimi daha bir çox qəbiləyə dəstək vermək istəyənlər Acateyə ianə verir.



Hazırladı: Zəhra



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin