Yetmişinci illər idi, kolxozda perspektiv vəzifə gözləyən qohumlardan biri tez-tez kolxoz sədri olmağın xeyrindən danışır, sədr olacağı halda həyatının dəyişəcəyindən söhbətlər edirdi. Bir dəfə soruşdum ki, konkret sənin üçün sədr olmağın “xeyri”x9d nədi? O da kolxozdan maaş olan bütün vəzifə sahiblərindən necə pul alacağını, pambıq mövsümündə “pripiskadan”x9d nə əldə edəcəyini, katibə nə qədər verəcəyini, kəsəsi o dövrün xa0rüşvət prizmasını tam açıqladı. Qohum kolxoz sədri ola bilmədi, indi yaşlaşıb, sakit ömür sürür. Bu yaxınlarda kənddə olanda Almaniyada olduğumdan, ölkənin gözəlliyindən danışanda hər kəs bir sual verirdi, sözügedən qohumumun sualı isə tamam fərqli oldu. Qohum: “Oranın başçısı qadındı də, onun əri kefdə olar, yəqin bir yüz maşını var, elə hər zavod bir maşın hədiyyə eləsə nə vecinə”x9d. Davam edib: “Bəxtimizə belə bir arvad da çıxmadı”x9d - dedi. “Merkelin həyat yoldaşı olsaydın, nə edərdin?”x9d sualıma, “birinci, xa0“Mersedes”x9də ya şərik olardım, ya da adıma keçirərdim...”x9d Qohum davam edib, təxminən Almaniyanın yarısına şərik olacağını deyəndən sonra nə qədər belə bir işin mümkünsüzlüyünü izah etsəm də, qohum bildiyində qaldı və əlavə xa0etdi ki, uzağı tabe olmayanı bir yolla həbsə etdirərdı. Nəsə, aydın oldu ki, zaman dəyişsə də qohumum xa0Almaniyaya Mirbəşir rayonunun “Şəfəq”x9d kolxozu kimi baxır. Onu qınamadım, çünki ağlı kəsəndən bu günədək gördüyü, eşitdiyi bu cür münasibətlər olub.

Bəs, həqiqətən Merkelin əri kimdi və harasa şərikliyi varmı? "Forbes"in sorğularında neçə illərdir dünyaya təsir edən ən güclü qadın statusunu özündə saxlayan Angela Merkelin həyat yoldaşı İoahim Zauer sadə həyat tərzi keçirməkdə bir nümunəvi şəxsdir. Kimya xa0professoru xa0Zauer öz sahəsi üzrə dünyanın 30 ən yaxşı alimi sırasındadır. 25 yaşında doktorluq dissertasiyasını müdafiə edib, 36 yaşında professor olub. İoahim Angela Merkelin ikinci əridir, frau Merkel də onun ikinci arvadı. Xanım Merkel ilk həyat yoldaşının soyadını daşıyır və “Merkel”x9din “Zauer”x9ddən xa0daha yaxşı səsləndiyini düşünür. Ər də bundan incimir. 2005-ci ildə xanım Merkelin kansler kimi Bundestaqda andiçmə mərasimini o salonda yox, iş kabinetində - kimya laboratoriyasında xa0televiziya vasitəsilə izləyirdi. Protokol qaydalarından da çox vaxt qaçır. Fotoqraflar onları birlikdə çəkmək üçün çox çalışsalar da bu nadir hallarda baş verir. Cütlük klassik musiqini çox sevdiyindən tez-tez operaya gedirlər. İlk dəfə də rəsmi tədbirə birlikdə Vyanaya - Avstriya kanslerinin dəvətilə yeni il gecəsi operaya gediblər. Siyasətlə maraqlanmır, amma hərdən Angelaya irad tutur ki, tribunadan danışanda yenə də tez-tez şəhadət barmağını yuxarı qaldırırsan.., belə olmaz...xa0

Merkel ailəsi çox sadə yaşayır. Kansler seçiləndə, bu vəzifə üçün ayrılmış iqamətgaha getməyiblər, əvvəl yaşadıqları mənzildə qalmağa qərar veriblər. Yaşadıqları ev isə çoxmənzilli binada yerləşir, binanın qapısında iki mühafizəçi sakit xidmətdədirlər. Hamı portağal rəngli binada Merkelin 4-cü mərtəbədə yaşadığını yaxşı bilir. Ünvan: 10117 Berlin, Am Kupfergraben, 6. Cütlüyün heç bir villası, yaxtası, varı - dövləti yoxdu. Angela Merkelin illik maaşı 190 min avrodur, Bundestaqın deputatı kimi də əlavə 100 min avro alır. Şəxsi mülk deyiləndən yalnız Berlin ətrafında kiçik bağ evləri var. Xanım Merkel üç il əvvəl İtaliyaya istirahətə gedəndə əri başqa təyyarə ilə İtaliyaya gəlib. Əgər Kanslerin xidməti təyyarəsində o da uçsaydı, 1300 avro pul ödəməli idi, daha ucuz başa gəlməsi üçün o adi reyslə, ekonom klassda uçmağı seçmişdi. Almaniyanın başqa məmurları zirehli “Mersedes”x9d ya “BMW”x9d tərcih etsə də kansler sadə Audi-8 də gəzir. Merkelin ərinin mənim qohumumun fikirləşdiyi kimi 100 maşını yoxdur, lizinqlə (kreditin bir növüdür) aldığı sadə alman maşınını sürür.xa0

Merkel ailəsi bu binada yaşayır
Qohumuma bunları danışanda əvvəl inanmadı, dedi ki, sən bilmirsən “gizlincləri olmamış olmaz”x9d və tez də əlavə etdi “belə kasıb yaşayacaqdılarsa, ta neyniyirdi dövlət başçısı olub?”x9d. Mən ona dedim ki, əslində Almaniya kansleri Angela Merkel çox zəngin adamdı, onu bütün Almaniya sevir, Almaniyaya gələn milyonlarla qaçqına sahib çıxdığına görə ona “mama Merkel”x9d deyirlər. Bu günlərdə Türkiyə referendumundan sonra NTV kanalında xalq və dövlət başçısı münasibətlərinə toxunan xa0bir ekspert xa0dedi ki, “ O dövlət başçısı kasıbdır ki, onun hər cür maddi zənginliyi var, amma xalqın ona sevgisi yoxdur”x9d.xa0
Merkelin əri İoahim Zauerin bir həftə əvvəl 19 apreldə 68 yaşı tamam oldu. Ad günü ərəfəsində məlum oldu ki, kvant kimyası sahəsində elmi kəşflərinə görə Zauer Nobel mükafatına təqdim ediləcək və ən şanslı namizəddir. xa0Zarafatla qohumuma zəng edib bu xəbəri də deyəndə “.. o fərsizin nəyinə mükafat verirlər, yəqin arvad xahiş edib “ dedi. Qohum hələ də Merkelin əri olmağın üstünlüklərini hesablayırdı və ən dəhşətlisi də o idi ki, xəyalındakı zənginliklə Almaniyada yox, Azərbaycanda nələrə sahib olacağını düşünürdü...
İlham İsmayılxa0
































































































