Eynşteynin boşanmamaq üçün arvadının qarşısına qoyduğu ÇƏTİN ŞƏRTLƏR

Hazırda oxunan: Eynşteynin boşanmamaq üçün arvadının qarşısına qoyduğu ÇƏTİN ŞƏRTLƏR

176190

Dünyanın ən böyük alimlərindən olan Nobel mükafatlı fizik, “modern fizikanın atası”x9d Albert Eynşteyn elmdə nə qədər nailiyyət əldə etsə də, həyatda bir o qədər də uğursuzluğa uğramışdı.

Çox sevdiyi xanım Mileva Mariçlə atasının yaratdığı maneələr səbəbindən xeyli gec evlənir. Atası Albertin yəhudi olmayan bir xanımla evlənməsinə razı deyildi. Yalnız o öldükdən sonra cütlük ailə həyatı qurur. İki övladları da olur. Amma sonradan xüsusən də, Eynşteynin qəribəlikləri səbəbindən ailədə soyuqluq, münasibətsizlik yaranır. Sonda boşanmaya qərar verilir. Lakin Mileva və Albert boşanacaqları halda xa0övladlarının üzləşəcəkləri çətinlikləri düşünərək, bu işdən vaz keçmək istəyirlər. Edirlər də. Amma Eynşteyn bu razılığa gəlmək üçün arvadının qarşısında bəzi şərtlər qoyur. xa0

Moderator.az həmin şərtləri təqdim edir. Bu şərtlər əslinə, onun bir alim xa0kimi qəribəliklərini xa0özündə yansıdır:

1-Geyəcəklərim, paltarlarım səliqəli və qaydasında olmalı;
2-Yemək gündə üç dəfə, eyni xa0rejimlə verilməli;
3-İş otağına, yazı masasına müdaxilə etməmək.

Amma bu hələ son deyildi. Ömrünü tamamən elmə xərcləyən Eynşteyn xanımı ilə fövqəladə hallarda vacib problemlərin həll edilməsini çıxmaqla demək olar, bütün ünsiyyəti kəsir. Evdə onunla birlikdə oturmamağı və birlikdə şəhərə, səyahətə çıxmamalarını tələb kimi irəli sürür:

-Məndən fiziki yaxınlıq istəməyəcəksən;
-Mən istədiyim zaman mənimlə ünsiyyəti kəsəcəksən;
-Mən istədiyim anda yataq və iş otağımdan şikayət etmədən çıxacaqsan.
Mileva əvvəlcə bu şərtləri qəbul etdi. Lakin düşündüyü qədər də asan olmadığının fərqinə sonradan vardı. Cəmi bir neçə aydan sonra ailə tamamilə ayrıldı. Mileva iki uşağını da götürərək, Berlindən İsveçrəyə getdi və bir daha evlənmədi.

Hazırladı: Elmin

Evlendikten
xa0
C.

D.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin