Moderator.az xarici mediaya istinadən xəbər verir ki İngiltərədə Kimberli Gladman adlı 3 uşaq anası, öz südünü sağaraq hazırladığı sabunla dəri xəstəliyindən xilas olduğunu iddia edib.xa0
31 yaşlı qadın müalicələrin işə yaramadığını, əllərindəki və ayaqlarındakı problemdən sabun sayəsində sağaldığını bildirib. Həyat yoldaşının ana südündən hazırlanan sabuna nifrət etməsinə baxmayaraq onun işinə hörmət bəslədiyini deyən qadın başqa anaların da artıq qalan südlərindən sabun hazırlaya biləcəyini düşünür və bu fikrini bir işə çevirmək istəyir. Hətta ana südü ilə sabun istehsal edən bir şirkət qurmağa da hazırlaşır.xa0





Kamran
























































































