Qırğızıstanın paytaxtı Bişkekdə xa0qırğız rəssamların əsərlərinin “Əbədi sərvətlərin sərgisi”x9d adı altında keçirilən təqdimatı zamanı qızıldan hazırlanmış Quranın səhifələri də nümayiş olunub.xa0
Moderator.az xəbər verir ki,Allah Kitabının səhifələrini 2010-cu ildə ən yüksək keyfiyyətli - 999 əyarlı qızıl və gümüşdən Moskva zərgərlik zavodunun ustaları hazırlayıb. Bişkekə həmin Quranın cəmi 4 səhifəsi gətirilib. Sözsüz ki, bu əsər sərginin incisinə çevrilib.xa0
Moskvadakı “Qızıl Quran”x9d ”“ Müqəddəs Kitabın VII əsrdə 3-cü xa0İslam xəlifəsi Osman ibn Əffanın əli ilə yazılmış nüsxəsinin surətidir. Mütəxəssislər qeyd edir ki, xa0bütün bəşəriyyət üçün misilsiz mədəni-mənəvi dəyər təşkil edən bu əmanət-təbərrükün dünyada analoqu yoxdur.



P.S. Peyğəmbərimizin(s) hədislərində buyurulur ki, Quran və məscidlərin hədsiz bəzədilməsi Qiyamət əlamətidir...xa0
Sultan Laçın
































































































