Yuxu insanın ən vacib ehtiyaclarından biridir. Az yatdığımız, ya da heç yata bilmədiyimiz günlərdə özümüzü həyatdan bezmiş, çox yorğun və əzgin hiss edirik. Burada belə bir sual yaranır. Görəsən insan yuxusuz neçə saat yaşaya bilər?
xa0
Bu sualın cavabı 264 saat, yəni təxminən 11 gündür.xa0
Moderator.az xəbər verir ki, 1965-ci ildə 17 yaşında bir lisey tələbəsi bir elm sərgisində 11 gün yuxusuz qalaraq dünya rekordunu əldə edib.
xa0
Başqa bir çox araşdırmalarda normal fərdlərin səkkiz gündən on günə qədər oyaq xa0qala biləcəyi məlum olub. Bu fərdlərdən heç birində ciddi tibbi, fizioloji və ya psixoloji xa0problemlər görülməyib. Bununla yanaşı, təcrübədə iştirak edənlərin hər birində yuxusuzluq artdıqca diqqət pozulması və yüksək zehini gərginlik müşahidə olunub. Buna baxmayaraq fərdlərin hər birinin bir-iki günlük yuxudan sonra normal hallarına qayıtdıqları da sübut olunub...
xa0
Çikaqo Universitetinin yuxu laboratoriyasında siçanlarla aparılan təcrübələrdə iki həftə ərzində bu heyvanların yuxusuzluğu ölümlə nəticələnib. Yuxuya xa0getmədiklərini anlamaq üçün, bu siçanların beyin dalğaları daimi nəzarətdə olub. Bu heyvanların ölüm səbəbi qəti olaraq açıqlanmayıb, amma hipermetabolizmayla bağlı ola biləcəyi irəli sürülüb.
xa0
Xatırladaq xa0ki, yuxusuzluq nəticəsində ölən insan hələ qeydə alınmayıb.xa0
KAMRAN
































































































