Osmanlı hərəmxanasındakı qul qadınların gözəllik sirləri - MARAQLI...

Hazırda oxunan: Osmanlı hərəmxanasındakı qul qadınların gözəllik sirləri - MARAQLI...

172291
Gözəllik keçmiş zamanlardan bu günə qədər vacib meyar olub. Bütün qadınlar gözəl olmaq istəyir. Amma ən gözəl olmaq istəyən qadınlar həqiqətən hərəmxanadakı qadınlardır. Bəs hərəmxanadakı qadınlar niyə bu qədər gözəldir? Gözəlliklərini nəyə borcludurlar?xa0

Moderator.az bu sualların cavablarını oxuculara təqdim edir.
xa0
Təbii gözəllik üsulları
xa0

1 - Pambıq kimi bir dəri üçün xüsusi qarışıq: Bir çay stəkanı balqabaq tumu xa0döyülür. 1 stəkan zeytun yağı və 1 xörək qaşığı qızılgül yağı əlavə edilir. Bu qarışıq bir həftə qapalı bir şüşə bankada və sərin yerdə saxlanılır. Bir həftə saxlanılan bu xüsusi qarışıq sonra süzülür.Tənzifdən keçirildikdən sonra hazır olan bu xüsusi qarışıq duş sonrası bütün bədənə tətbiq olunur. Nəticə: Hamar, rütubətli və parlaq bir dəri.
xa0

2 - Parlaq və canlı bir dəri: Qadınlar üçün ən önəmli şey qüsursuz bir dəriyə sahib olmaqdır. Qul qadınların ən çox zaman keçirdiyi yerlər hamamlardır. Hamamda uzun saatlar kisələnib ölü dərilərdən təmizlənirlər. Dəriləri həm daha parlaq, həm də körpə dərisi kimi daha yumşaq olurdu.
xa0

3 - Ağ bədən: Ağ dərili olmaq hərəmxanada çox vacib idi. Ağ dərili olmağın sirri isə limon idi. Limonu üzlərinə sürürdülər. Qadınlar əllərinə və üzlərinə ağardıcı xa0olaraq limon suyu çəkirdilər.
xa0

4 - Qidalanmağa diqqət: Hərəmxanadakı qadınlar o bolluq içində yediklərinə çox diqqət edirdilər. Xüsusilə yaz aylarında çox az qida qəbul edirlər. Bol-bol gilas yeyirdilər. Çünki gilas qanı və bağırsaqları təmizləyir.


5 - Gözəl qoxu: Gül suyu hərəmxana qadınlarının daim istifadə etdiyi bir gözəllik məhsulu idi. Həm dəri təmizliyi, həm də gözəl qoxu vermək üçün gül suyunu əllərindən heç salmırdılar.
xa0

6 - Ev şəraitində hazırlanan masaj yağları: Kisələnən dərilərinin quruyub çatlamaması üçün, qadınlar xüsusi hazırlanmış yağlarla masaj olunurdular. Masaj dərinin canlılığı üçün olduqca təsirli idi. Zeytun yağının içinə atılan gül yarpaqları ilə xoş bir yağ əldə edilirdi. Zeytun yağı ilə massaj dərini qidalandırır və yumşaldırdı. Əllər, üzlər, ayaqlar və dırnaqlar üçün isə badam yağını istifadə edirdilər.
xa0
7 - Ev şəraitində hazırlanan maskalar: Sağlamlıq və nəmləndirici mənbəyi hesab olunan gildən bu dövrdə də istifadə edilirdi. Qadınlar gil və suyu qarışdırıb qabların içində saxlayır, sonra da üzlərinə sürtürdülər. Gil həm antiseptik, həm də yağ tarazlayıcı olduğundan saçlara qulluq üçün də istifadə olunurdu.
xa0
8 - Bol su içmək: Su sağlamlıq deməkdir. Gündə 3 litr suyu mütləq içirdilər. Dəriləri sağlam və canlı olurdu.

KAMRAN
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin