Köhnə şkaf aldı, içindən sərvət tapdı - İNANILMAZ FOTOLAR

Hazırda oxunan: Köhnə şkaf aldı, içindən sərvət tapdı - İNANILMAZ FOTOLAR

171304
xa0xa0
Texasın Bellville qəsəbəsində yaşayan 67 yaşlı Emil Knodell köhnə əşyalar satılan bazarlardan alış-veriş etməyi sevir. O, günlərin birində yaşadığı Bellville qəsəbəsində yeni köhnə əşyalar bazarının açıldığını eşidir və oraya gedir. Həmin bazara gedən qoca gözünü dərhal 125 illik qoz ağacından hazırlanmış şkafa dikir. Şkafı satan adam alıcı olmadığından qiyməti 100 dollara qədər aşağı salır. və Emil sevincək şkafı alır. Qoca şkafı çox ucuz qiymətə aldığından çox sevinir, amma əsas sevincin böyüyünün hələ qarşıda olduğundan xəbərsiz olur. Özünü bundan sonra hansı sürprizin gözlədiyini bilmir.xa0Çünki şkafın içindəkilər onun qiymətini inanılmaz qədər artıracaqdı.xa0

Emil aldığı şkafı maşına yerləşdirərkən içindən səs gəldiyini eşidir. Axtaranda şkafın içində gizli bir bölmə tapır. Gizli bölməni açanda isə gördüklərinə inanmır. Həmin bölmənin içində brilyantlar, almazlar, antikvar pullar, medallar və daha-daha nələr vardı. Sanki dəfinə sandığına bənzəyirdi.

Yəqin ki, belə bir şeylə qarşılaşan hər kəs əşyalara sahib olmağı düşünərdi. Ancaq Emil qeyri-adi bir hərəkət edir. Gizli bölmədə yer alan bütün əşyaları satın aldığı adama geri qaytarır. Satıcının dediklərinə görə, şkafdan tapılanlar onun babasına məxsus imiş. Ancaq indiyədək gizli bölmədən və əşyalardan xəbərsiz olub.

Bu hadisədən sonra Emil üçün köhnə əşyalar bazarına getmək daha çox maraqlı olub. CNN-ə açıqlamasında "Köhnə əşyalar bazarlarına daha istəkli gedirəm. Başımıza nə gələcəyini bilə bilmərik" deyib.

Moderator.az həmin hadisə zamanı çəkilmiş fotoları təqdim edir:

Bit

Bit

Bit

Bit

Bit


Bit

Bit


xa0
Zəhra




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin