Bundan sonra İsveçrədə müsəlman qızlar da oğlanlarla bir hovuzda üzgüçülük dərsləri keçməli olacaqlar. Çünki İnsan Haqları üzrə Avropa Məhkəməsi İsveçrə rəhbərliyinin müsəlman qızların oğlanlarla birgə üzgüçülük dərslərinə göndərilməsi barədə qərarını təsdiqləyib. xa0
Məhkəmə bu təcrübənin məktəblilərin dini hüquqlarını pozmadığına qərar verib.xa0
Moderator.az-ın “BBC”x9d-yə xa0və xarici İslam saytlarına istinadla verdiyi xəbərdə belə deyilir. xa0
Məhkəmənin qərarına görə rəhbərliyin heç bir istisna olmadan ölkə vətəndaşlarından İcveçrə cəmiyyətində uşaqların uğurlu inteqrasiyası üçün məktəb proqramını yerinə yetirməyi tələb etməyə tam hüququ var və dini qadağalar dərslərə getməmək üçün bəhanə ola bilməz.
İnsan Haqları üzrə Avropa Məhkəməsi etiraf edib ki, bu cür tələblərı dini azadlığa müdaxilə kimi qiymətləndirmək mümkündür, amma bu, azadlığın ciddi pozulması demək deyil.
Xatırladaq ki, bundan öncə xa0məhkəməyə ikili (İsveçrə-Türliyə) vətəndaşlığı olan türk mənşəli iki xa0valideyn ”“ Aziz Osmanoğlu və Sehabat Qocabaş şikayət etmişdi. Onlar qızlarını oğlanlarla birgə üzgüçülük dərsinə göndərməkdən imtina ediblər. İsveçrə rəhbərliyi bəyan edib ki, əgər qızlar yetkinlik yaşında olsaydılar, dini səbəblər üzündən üzgüçülük dərslərindən imtina etmək mümkün olardı. Amma hazırda belə bir hal yoxdur.
“BBC”x9d-nin verdiyi məlumata görə, 2010-cu ildə qızlarını belə dərslərə göndərməkdən imtina edən valideynlər valideynlik vəzifələrini yerinə yetirmədiklərinə görə təqribən 1,3 min avro dəyərində cərimə ödəyiblər. Bundan sonra valideynlər İnsan Haqları üzrə Avrop Məhkəməsinə müraciət ediblər.xa0
Sultan Laçın





























































































