Türkiyədə bu dağ 2500 ildir ki yanır - Nadir VİDEO...

Hazırda oxunan: Türkiyədə bu dağ 2500 ildir ki yanır - Nadir VİDEO...

163635
Azərbaycanda - Abşeron yarımadasında, Məhəmmədli kəndinin yaxınlığında məşhur Yanardağ barədə çoxumuzun məlumatı var. xa0Yer altından çıxan təbii qazların daim sönmədən yandığı bu məkan turizm obyekti kimi dünyada da məşhurdur.xa0
Ancaq qardaş Türkiyədə də oxşar adlı belə bir yer var: Yanardaş. xa0Antalyada xa0məşhur Kəmər şəhərinin yaxınlığındakı dağlardan birində 2500 ildir ki, yerin dərinliklərindən qalxan alovlar sönmür. Avropalılar bu dağa “Ximera”x9d da deyirlər. xa0Bu da əfsanəyə görə, qədim zamanlarda yaşamış şir başlı, keçi bədənli və ilan quyruğlu Ximera adlı qorxunc məxluqla bağlıdır. Həmin məxluqla savaşda mərd bir döyüşçü qalib gəlmişdir. Buna görə də həmin vaxtlardan xa0Ximera qəzəblənib və onun hirs alovu dağdan çıxır. Yanardaş dağı haqqında qədim yunanlar da bilirdilər və öz mifologiyalarında istifadə edirdilər. Bunu dağdan bir az aşağıda yerləşən qədim Hefest məbədinin qalıqları da sübut edir.xa0
Təbii ki, Yanardaşın ən gözəl mənzərəsi gecələr görünür. Deyilənə görə, ötən əsrlrərdə Yanardaşdakı alovun dilləri o qədər yüksəyə qalxırmış ki, Aralıq dənizindən sahilə yan alan gəmilər üçün mayak rolunu oynayırmış.

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin