2002-ci ildə sabiq Liviya lideri Muammər Qəddafinin oğlu Seyfulislam Qəddafi ilə tanış olan və bununla da həyatını dəyişdirən türkiyəli maniken Ebru Şancı ərəb ölkəsində başlanan inqilabdan sonra yerli mətbuata açıqlamalar vermişdi. Həmin açıqlamalar ara-sıra yenidən gündəmə gəlir və Qəddafinin ailəsini yaxından tanımaq imkanı olan xanımın söylədikləri bu gün də maraq doğurur.xa0
Moderator.az modelin Qəddafi və onun ailəsi ilə bağlı təəssüratlarını təqdim edir:
Qəddafinin qısaca olaraq Saif adlanan oğlu gözəl model xanımla tanışlıqdan sonra əvvəlcə ona gül dəstələri və bahalı hədiyyələr göndərir. Daha sonra sevgilisinin təhsil haqqını da qarşılayır. Aralarında isinişmə yaranandan sonra dünyanın bir çox ölkələrinə səyahət edirlər. Sonra isə Saif Ebrunu ailəsilə tanış etməkdən ötrü paytaxt Tripliyə gətirir. Maraqlısı budur ki, Tripoliyə gələnə qədər qız Saifin du dövlətin diktatorunun oğlu olduğunu bilmirmiş.xa0
Ebrunun müsəlman olması Qəddafinin və arvadı Safiyənin də müsbət cavabına səbəb olur. Onlar hətta birgə nahar da edirlər. Qəddafi o zaman qızla heç nə danışmasa da, onun müsəlman olmasını təqdir edib.xa0
Bundan sonra o, Qəddafinin oğlu ilə ailə qurmasa da, namizəd kimi onun şəhər kənarındakı evində qalırmış. Gənc xanım həmin evi təsvir edərkən ən diqqətçəkən məqam kimi orada iki pələngin olduğunu deyir. Pələnglərdən birinə Corc Buşun “şərəfinə”x9d Corc,o birinə isə Tonu Beyrin “şərəfinə”x9d Toni adı qoyulmuşdu. 3 ay həmin malikanədə yaşayan model xanım monotonluqdan bezir. Həmin vaxt Qəddafinin oğlunun başqa xanəmlarla da münasibətini öyrənəndən sonra oranı tərk etmək qərarına gəlir.
Modelin Qəddafi və onun ailəsi haqqındakı müşahidələri maraqlıdır:
“Qəddafi sıradan birinə bənzəyirdi. Yanındakılar nə söyləyirdilərsə, o xa0gülürdü. Amma xa0hər kəs ondan çox qorxurdu. Yaşadığı malikanədə xa0yazıldığı kimi hərəm-filan yox idi. Qəddafinin beş uşağının hamısı eyni qadındandı. Saifin anası Safiyə çox müasir idi. Hətta gördüyüm qədəriylə Qəddafi arvadından çəkinirdi də. Qəddafinin yeganə qızı Aişə də anasından qorxurdu. Aişə Qəddafi özünü ərəb dünyasının Klaudia Şiferi sanırdı.
Ölkədə şəriət qaydaları o qədər də kəskin deyildi, amma içki, klub, fahişəxanalar qadağan idi. Oradakı üsyanın xa0daha tez xa0başlanacağını gözləyirdim. Çünki Qəddafinin hər şeyi vardı, amma xalqın heç bir şeyi yox idi”x9d.
Elmin Nuri






























































































