Cinsi istəyi artıran Möcüzəvi qidalar

Hazırda oxunan: Cinsi istəyi artıran Möcüzəvi qidalar

158550

Moderator.az-ın dünən təqdim etdiyi yazıda yemiş-qovunun cinsi istəyi azaltdığı haqqında məlumat vermişdik. Yazının çox oxunduğunu nəzərə alıb bu dəfə cinsi istəyi artıran qidalar haqqında məlumat təqdim edirik.xa0



Şirniyyatların, yoqurtların, dondurmaların əvəzolunmazı olan moruq cinsi gücü artırır. Həmçinin qanı təmizləyir və rahatliq verir. Bol miqdarda antosiyan maddəsi ehtiva edən moruq qan dövranını sürətləndirir və bu xüsusiyyəti ilə də cinsi gücü artırır. Bundan başqa təzyiqi aşağı salır. Qanı təmizləyir, bədəndə toplanan zəhərli maddələrin atılmasını təmin edir. Sidik qovucudur. Bağırsaqların fəaliyyətini tənzimləyir, qəbizliyin qarşısını alır. Hərarəti aşağı salır, orqanizmə rahatlıq gətirir.xa0

Image


Moruğun suyu böyrək və öd kisəsi daşlarına, nikriz xəstəliyinə çox faydalıdır. Boğaz, badamcıq vəzisi və gözdə yaranan iltihablarda istifadə edilir. Göz iltihaplanda suyuyla kompres edildikdə şəfa verir.


Image

xa0
Darçın hormonları hərəkətə gətirir, cinsi gücü artırır. Bişirdiyiniz şirniyyatlarda mütləq darçın istifadə edin. xa0Bundan başqa sevgilinizi qəhvəyə qonaq edərkən qəhvənin üzərinə bir az xoşbəxtlik yaradan krem qoyub, darçın səpə bilərsiniz.xa0


Image

Günəbaxan tumu da cinsi istəyi qaldırır. Ancaq yağlı olduğu üçün kökəldir. Ona görə də yaxşı olar ki, günəbaxan tumunu sevgilinizə verəsiniz. Günəbaxan tumu ilə hazırladığınız ev çörəkləri və yüngül salatlar da sevgilinizə müsbət təsir göstərə bilər.xa0


Image


Yulaf əzməsi xüsusilə qadınlarda cinsi narazılığı aradan qaldırır. Bunun üçün cinsi əlaqəyə başlamazdan əvvəl yulaf əzməsi yemək məsləhət görülür. Hər səhər südlü yulaf əzməsinə qoz, fındıq, fıstıq, quru meyvə qoyub yesəniz, gün boyu enerjiniz yüksək olar. Hormonları tənzimləyir və orqanizmin daha da müqavimətli olmasının təmin edir.


Image









xa0
Üzərlik toxumu cinsi gücü artırmaqla yanaşı hamiləliyə də müsbət təsir göstərir. Əzilmiş üzərlik toxumunu gündə 1-2 qaşıq bala, qatığa, salatlara qarışdıraraq yeyin.


Image


Bibərlər də cinsi istəyi hərəkətə gətirir. İstiot acı olmaqla yanaşı zövqlü bir dad bəxş edən bibərlərdə bol miqdarda vitamin depolanıb.xa0


Image


Bütün hormonları işlədən sarımsaq bir çox dərmandan daha təsirlidir. Sarımsaq çiy olaraq yeyildikdə hormonlara müsbət xa0təsir göstərir. Həmçinin qadınların əsas qorxularından biri olan saç tökülməsinə inanılmaz yaxşı təsir edir. Bunun üçün saçınızı ortadan ikiyə ayırıb sarımsaq ilə ovun və ya sıxtıdğınız sarımsaq suyunu saç diblərinə çəkin.xa0



Image

Son dövrdə zəncəfildən daha çox istifadə edilməyə başlayıb. Hətta menyumuzda gündə ən azı bir dəfə zəncəfilli yemək olmayanda bizə qəribə görünür. xa0Zəncəfil hər şeydən əvvəl bütün bədənə sanki xəbərdarlıq edir. Cismən və ruhən güc qazandırar, orqanizmi təmizləyir.xa0



Image

xa0
Kəklikotu və nanə xüsusilə qadınlarda bütün hormonların fəaliyyətini nizamlayır. Aparılan tədqiqatlara görə bol miqdarda kəklikotu və nanə yeyən qadınlarda ginekoloji xəstəliklərə daha az rast gəlinir. Bundan başqa, bu ikisini qaynadıb içmək çox faydalıdır. Suyu ilə saçları yumaq xeyirlidir.xa0


Image








Keşniş də qadınlarda bütün qadınlıq hormonlarının fəaliyyətini nizamlayır, bədəni gücləndirir.


Image


Qanqal toxumunun faydaları son dövrdə məlum olub. Ədviyyat satanlar məsləhət görürlər ki, qanqal toxumunu gicitkən otu və bal ilə qarışdırıb yemək kişilərə əla təsir edir. xa0


Image

Arı südü, bal və tozcuq qarışımı həm hüceyrələri yeniləyir, həm də yaşın irəliləməsinə baxmayaraq cinsi gücü normada saxlayır.xa0



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin