Dünyanın quşları qabaqlayan ən sürətli canlısı məlum oldu MARAQLI

Hazırda oxunan: Dünyanın quşları qabaqlayan ən sürətli canlısı məlum oldu MARAQLI

158130

Alimlər planetin ən sürətli canlısının adını açıqlayıb. Moderator.az xəbər verir ki, Maks Plank adına Almaniya Ornitoloqlar Cəmiyyətinin apardığı araşdırmalara görə uçuş zamanı ən sürətlə hərəkət edən canlı quş yox, məməlilər sinfinin nümayəndəsi olub.xa0

Belə ki, qanadlarının uzunluğu və aerodinamik özəllikləri sayəsində Braziliyada yaşayan enliqulaq bükükdodaq yarasaları saatda 160 kilometrə qədər sürətlə uçurlar. Onların uçuş sürətini yoxlamaq üçün yarasaların qanadlarına radioötürücülər bərkidilmişdi.

“Biz əvvəlcə inana bilmirdik: 11-12 qramlıq dişi yarasa saatda 160 kilometrə qədər sürət yığırdı”x9d-deyə ornitoloq Kamran Safi deyib.

Xatırladaq ki, buna qədər üfüqi istiqamətdə ən sürətli uçan canlı qara uzunqanad quşu sayılırdı. Onun rəsmi qeydə alınmış uçuş sürəti 110 kilometr təşkil edirdi.

Elmin Nuri xa0xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin