İnsan bu cür nəfəs almaqla ömrünü xeyli uzada bilər -YOQA TEXNİKASI

Hazırda oxunan: İnsan bu cür nəfəs almaqla ömrünü xeyli uzada bilər -YOQA TEXNİKASI

154174

Qədim hind fəlsəfi sistemi olan yoqada ən çox istifadə edilən texnikalardan biri də nəfəslə bağlı təmrinlərdir. Nəfəsalma texnikalarını düzgün yerinə yetirməklə insan bir çox faydaları mənimsəyə bilər.

Moderator.az saytının təqdim etdiyi kiçik qeyddə xa0düzgün nəfəsalmanın özəlliyindən ”“insan ömrünü necə artıra biləcəyindən danışılır:

İnsan sinə ilə nəfəs alarkən ağciyərlər tam olaraq hava ilə dola bilmir. Ağ ciyərlərin hər tərəfi nəfəsalma zamanı orqanizmə daxil olan xa0enerji ilə qidalanmır. Bu səbəbdən xa0yoqada diafraqma və qarın vasitəsilə edilən nəfəs temrinlərinin tətbiqi mələhət görülür. xa0

Sinə ilə yanaşı qarınla da xa0nəfəs almağı öyrənməliyik. Bu zaman nəfəs təbii ki, xa0qarına getmir, sadəcə, qarının hərəkəti diafraqma və ağ ciyərlərin nəfəslə düzgün qidalanmasına kömək edir. Bir növ özümüzü həmin texnika ilə nəfəsi doya-doya almağa yönləndiririk. Biz heç xa0də nəfəsi tamlıqla yerinə yetirə bilmirik. Adi insanların əksəriyyəti səhv nəfəs alır. Fəsadlar da bundan sonra başlayır. Bir dəqiqə ərzində nəfəs alıb verməni xüsusi texnikalarla azalda bilsək, o zaman həm sağlamlığımıza, həm şüurumuza kömək edərik. Həmçinin buna riayət edən insan özünü çox pozitiv hiss edəcək. Təbiətə baxaq: heyvanlar instinktlə bunlara qeyri-ixtiyari əməl edirlər. Məsələn, tısbağalar bir dəqiqədə bir-iki, yaxud üç dəfə nəfəs alıb verirlər. Bunların bir çoxu xa0üç-beş yüz il yaşayırlar. xa0Onlar çox az qidalanır və az hərəkət edirlər. Amma aldıqları nəfəs onları enerji ilə təmin edir.

Deməli, düzgün nəfəsalma üçün öncə nəfəsimizi harmoniyaya tabe etməliyik. Bu zaman nəfəsi birdəfəyə xa0alıb, 3 təkanla vermək lazımdır. Bunu 20 dəfə təkrar etməliyik. Lakin xa0aldığımız nəfəsi də çox saxlayıb, ciyərləri yükləmək olmaz. Burada əsas iş ahəngi yaratmaqdır.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin