Uşaqların dodaqlarından öpmək olmaz - Fəsadları

Hazırda oxunan: Uşaqların dodaqlarından öpmək olmaz - Fəsadları

143450

Ailə albomlarında, sosial şəbəkələrdə bir çox valideynlərin övladları ilə dodad-dodağa öpüşdüyü zaman çəkilmiş şəkilləri tez-tez rastımıza çıxır. Heç də xoş olmayan bu mənzərəyə insalar müxtəlif fikirlər bildirirlər. Çoxları isə bu formada çəkilmiş şəkilləri normal qarşılayır, valideyn-övlad sevgisi kimi qiymətləndirirlər.


Bəs görəsən, bu barədə mütəxəssislər necə düşünür? Bu tip şəkillərin yayılması, ümumiyyətlə uşaqların dodaqlarından öpmək nə qədər doğrudur?


Moderator.az tanınmış uşaq psixoloqu Narınc Rüstəmovanın bu məsələ ilə bağlı fikirlərini təqdim edir. xa0


N.Rüstəmova bildirir ki, uşaqların dodaqlarından öpmək, ümumiyyətlə məhrəm orqanlarına toxunmaq səhv addımdır:

“Sosial şəbəkədə valideynlərin profilinə nəzər saldıqda, gözəl rəsmlər görürəm. Bu şəkillərdə valideyn və övladlarının bir-birinə necə bağlı və sevgi dolu olduğunu müşahidə edirəm. Təəssüflər olsun bəzən qarşılaşdığım müəyyən şəkillər məni məyus edir. Hətta bir atanın profilində balaca oğluyla öpüşmə səhnəsinin belə şahidi olmuşam. Başa düşürəm ki, valideynlər etdiklərinin dərinliyinə varsaydılar, belə böyük yanlışlığa yol verməzdilər.

Uşaqların məhrəm yerlərinə toxunmaq, bunu bir oyuna çevirmək olmaz. Tualet və hamam ehtiyaclarını isə maksimum 6 yaşdan sonra özləri etməlidir. Oyun şəklində dodaqdan öpüşmə uşaqlarda cinsi mövzulara qarşı münasibəti dəyişir. Bu da yaşıdlarına və həmcinslərinə qarşı cinsi fikirlərin meydana gəlməsinə səbəb olur. Uşaqlara çox kiçik yaşlarından məhrəm yerlərinə toxunulmazlığı öyrətməliyik ki, kollektiv arasında tualetə gedərkən özlərini tək başına qoruya bilsinlər. Məhrəmiyyət ilk olaraq ailədən başlamalıdır ki, model formalaşsın”x9d.



Psixoloq vaildeynlərə, valideyn olmağa hazırlaşanlara bu barədə bəzi məsləhətlər də verir:xa0

“Valideynlərə məsləhətim odur ki, sevgi ehtiyaclarını yoldaşlarından tələb edərək ödəsinlər. Xüsusən də 3-6 yaş arası uşaqların “mən”x9dinin formalaşan vaxtı ilk ideal gördüyü valideyninə hədsiz sevgi və bağlılığa aldanıb belə səhvlərə yol verməyin. Əmin olun ki, bu, tamamlanmamış məhəbbətin nəticəsidir. Sonrakı peşmançılıq fayda verməz. Ətrafda bu qədər informasiya dolu mühittə uşaqlar onsuz da erkən cinsəlliklə rastlaşırlar. Üstəlik valideynlər də onları yükləməməlidir”x9d.

xa0

N.Rüstəmova onu da qeyd edir ki, ümumiyyətlə valideynlər uşaqları öpmək istəyəndə onlardan icazə almalıdırlar:

“Uşaqları öpmək istəyəndə onları anidən bağrımıza basıb öpməməliyik, icazə almalıyıq. “Olarmı səni öpüm?”x9d deyərək öpməli, öpdükdən sonra təşəkkür etməli, necə şirin olduğunu söyləyib, əzizləməliyik. Əks halda uşağa psixi və fiziki travma vurmuş, üstəlik şəxsiyyətini, “mən”x9dini alçaltmış oluruq. Biz fikrimizdə övladımızın şipşirin yanaqlarına baxıb onu öpmək haqqında düşünəndə özümüzü hazırlayırıq və bizə elə gəlir ki, o da hazırdı. Lakin bu belə deyil. Anidən qucaqlamaq, öpmək uşağı aqressivləşdirir. Uşaqlarda şəxsi toxunulmazlığı ilk olaraq biz valideynlər yaratamalıyıq ki, irəlidə onlar da digər insanlara, əşyalarına icazə alaraq toxunsunlar”x9d.

Psixoloq tez-tez yol verdiyimiz daha bir yanlış rəftar barədə də məlumat verir: “ Evə qonaq gələndə uşaqlarımıza “get qonaqla görüş, öp”x9d deməməliyik. 1.70 boyunda bir adama aşağıdan yuxarı baxmaq 5 yaşında uşaq üçün çox qorxunc görünür. Uşağın qonağa uyğunlaşması üçün zaman verilməlidir. 20 dəqiqə sonra ona kömək edib görüşməyi öyrətmək lazımdır. Çalışmaq lazımdır ki, qonaq oturaq və ya çöməlmiş vəziyyətdə olsun, uşaqla üz-üzə dayansın”x9d.

xa0

Narınc Rüstəmova ailədə uşaqlar üçün önəmli ola biləcək bir necə əhəmiyyətli məsələlərdən də danışır:

“Uşaqlar çox gözəl müşahidəçidir. Bunun üçün gözəl ailə modeli olmaq lazımdır. Gözəl ailə ənənələri uşaqlar üçün gözəl nümunədir. Evə gələndə görüşmək, süfrə arxasında birlikdə oturmaq, telefonları söndürüb söhbət etmək, axşamlar meyvə saatında bərabər zaman keçirmək, yuxudan əvvəl nağıl oxumaq, həftə sonu birlikdə eylənmək kimi ənənələr yaratmaq lazımdır. Dəyərli ənənələr ailəni xüsusi və möhkəm edir ki, bu da övladla valideynlər arasında ailə bağlarını möhkəmləndirir. Özümüzdən təməli sevgi və hörmət olan ənənələr kəşf etməliyik. İnsan sevgisini göstərməyi bacarmalıdır və onu öyrətməlidir. Uşaq ata-ana məhəbbəti görüb, doğru ər-arvad modeli öyrənməlidir”x9d.


Rumiyyəxa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin