Jurnalist sevgilisini belə təbrik elədi - SƏNİ VERƏNƏ ŞÜKÜR

Hazırda oxunan: Jurnalist sevgilisini belə təbrik elədi - SƏNİ VERƏNƏ ŞÜKÜR

142826

Tanınmış jurnalist Nicat Hüseyn Dağlar sevgililər günü münasibətilə həyat yoldaşı Ülviyyə Hüseynovaya şeir həsr edib, sosial şəbəkədə təbrik etdi.


Moderator.az jurnalistin təbrikini olduğu kimi təqdim edir:


“Ülvüş, sevgililər günü münasibətilə sənə nəsə yazmaq istədim. Bu alındı.


SƏNİ VERƏNƏ ŞÜKÜR


Nələr yaşamadıq ki,

biz bir yerdə, sevgilim

Faciələr görmüşük,

sel olub göz yaşımız.

Başqaları həyatdan

gülab çəkib dadanda

biz səninlə dərd çəkdik,

tez ağardı başımız.

Yıxılmışıq, durmuşuq,

sökülüb dağılanı

biz təzədən qurmuşuq.

Bəzən çığırları da

səhv saldıq yol gedərkən

sağı getdik sol kimi,

solu getdik sağ kimi.

Azıb qalardıq bəlkə

sevgimiz olmasaydı

O dayandı həmişə

arxamızda dağ kimi.

Sənsiz, çıxa bilməzdim

bu yollara, sevgilim.

Sənsiz taqət gəlməzdi

bu qollara, sevgilim.

Təsəllim sevgindədir,

odur məni yaşadan,

odur mənim sərvətim,

odur varım-dövlətim.

Ömrüm-günüm, dinlə məni.

Oxunası bir mahnısan,

deyiləsi bir şeirsən.

Həzin-həzin səslənən

muğamatsan,

Simlərindən sevgi daman

Kamançasan, tarasan sən

Nə yaxşı ki, varsan sən!

Könlünün dəftərinə

Bunu da götür köçür,

Ölüncə deyəcəm,

SƏNİ VERƏNƏ ŞÜKÜR!”x9d

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin