Bu qədər müəllim iş yerini dəyişəcək

Hazırda oxunan: Bu qədər müəllim iş yerini dəyişəcək

142668

Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları və müsahibə mərhələsi başa çatıb.


Moderator.az xəbər verir ki, müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub. Onlardan 1621 nəfəri imtahanda iştirak edib, 345 nəfəri növbəti mərhələyə (müsahibə mərhələsinə) keçib.

Müsahibə mərhələsinə dəvət olunan 345 nəfərdən 297-si müsahibədə iştirak edib. Onlardan 243 nəfəri iş yerini dəyişmək hüququ qazanıb.

Müsahibə mərhələsinin nəticələri hər bir namizədin şəxsi səhifəsində yerləşdirilib.


Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin