Çay xərçəng yaradırmış...

Hazırda oxunan: Çay xərçəng yaradırmış...

142513

Hədsiz isti içkilərin qida borusu, qırtlaq, damaq xərçənginə səbəb olduğu müəyyən edilib.


Moderator.az xəbər verir ki, mütəxəssislər son illərdə belə xəstələrin daha çox artdığını bildirib. Qida borusu, qırtlaq və damaq xərçənginin artmasına səbəb isə qaynar, çox isti halda içilən çayın səbəb olduğu qeyd edilib. Çayı hədsiz isti halda “dişləmə”x9d üsulu ilə xa0içənlər arasında xəstəliyə yoluxanların daha çox olduğu müəyyənləşib.


Həkimlər çayın içinə qəndi atıb qarışdırdıqdan sonra içməyi məsləhət görürlər. Belə olan halda çay bir qədər soyuyur. Stəkana tökülən çay 75-80 dərəcə istilikdə olur, içinə qənd atılıb qarışdırıldıqdan sonra isə istilik 60 dərəcəyə qədər düşür. Bu iki dərəcə arasındakı fərq xərçəng yaranmasına böyük təsir göstərir, xərçəng yaranması riskini azaldır.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin